Modern.az

“Xaricdə magistr təhsili almaq istəyənlər daha çox Türkiyə və Polşanı seçirlər”

“Xaricdə magistr təhsili almaq istəyənlər daha çox Türkiyə və Polşanı seçirlər”

Aktual

12 İyul 2016, 10:30

“Bu il xaricdə magistr və doktorantura səviyyəsində təhsil almaq istəyənlər daha çox Türkiyə,  Polşa və digər Şərqi Avropa ölkələrini seçiblər. Bu ölkələrin seçimində əsas səbəb orada təhsil və yaşayış xərclərinin münasib olmasıdır”.

Bu barədə Modern.az-a açıqlamasında "Akademi Group" xaricdə təhsil mərkəzinin rəhbəri Razi Vəliyev deyib.

O, bildirib ki, il ərzində xaricdə magistr təhsili almaq istəyənlər doktorantura  təhsili almaq istəyənlərdən çox olur:

“Doktorant olmaq istəyənlədən  universitetlərdəki gələcək elmi rəhbərləri ilə birbaşa görüşmələri lazım olduğu üçün müraciətlər az olur. 1 il ərzində 15-20 nəfər xaricdə doktoranturaya göndəririk.

Amma magistratura səviyyəsinə müraciətlər daha  çox olur. İxtisas seçimi geniş olduğu üçün iqtisadiyyat və idarəetmə, o cümlədən MBA proqramları üzrə xaricdə oxuyanlar üstünlük təşkil edir”.

Təhsil mərkəzinin rəhbəri xaricə göndərdikləri magistr və doktorantların sayını da açıqlayıb:

“Keçən il Türkiyə YÖK Azərbaycandan 527 magistr və 60-dan çox doktorant qəbul edib. Ümumilikdə isə 1700 nəfərə yaxın azərbaycanlını magistr təhsil almaq üçün Türkiyəyə yollamışıq”.

Razi Vəliyev bildirib ki, magistr və doktorantlara hərbi xidmətdən möhlət hüququnun verilməsi xaricdə təhsil alan tələbələrə də şamil olunacaq:

“Bildiyimiz kimi, artıq bu ildən ölkə başçısının müvafiq sərəncamı iləmagistr və doktorantura təhsili alanlara da möhlət hüququ verildi.

Bu möhlət hüququ təbii ki, xaricdə magistr və doktorant təhsili alanlara da şamil olunur. İmtahanla və imtahansız birbaşa universitetə qəbul olunan, təhsil haqqında arayışı təqdim edənlərə hərbi xidmətdən möhlət hüququ veriləcək.

Hal-hazırda təkcə bizim vasitəmizlə müraciət edənlərin sayı oğlan və qız olmaqla 100 nəfərdən artıqdır və onların çoxu builki məzunlardır. Yəni oğlanların çoxu hərbi xidmət keçməyənlərdir. Çünki bizə müraciətlər hərbi xidmətdən möhlət hüququ verən sərəncamdan əvvəl edilib.

Belə ki, əvvəlki illərdə qəbul olunan, imtahanlardan keçən tələbələrimiz hərbi xidməti başa vurduqdan sonra təhsilə davam edirdilər, builki müraciətlər üçün isə bu sərəncam müsbət mənada sürpriz oldu”.

“Biz Türkiyənin özəl universitetləri ilə müqaviləli işlədiyimiz üçün də magistraturaya bakalavr namizəddən heç bir ödəniş almırıq.  Hətta bəzi universitetlərdə bizim vasitəmizlə gedən tələbələrə əlavə endirimlər də tətbiq edilir”-deyə "Akademi Group" xaricdə təhsil mərkəzinin rəhbəri bildirib.

Ağa AKİFOĞLU

 

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?