Modern.az

Azərbaycan Asiya İnkişaf Bankından 750 mln. dollar kredit alacaq

Azərbaycan Asiya İnkişaf Bankından 750 mln. dollar kredit alacaq

Aktual

12 İyul 2016, 10:38

Asiya İnkişaf Bankı (ADB) Azərbaycanda elektrik enerjisinin paylanmasının inkişafına dair təklif olunan İnvestisiya Proqramı üzrə 750 mln. ABŞ dolları məbləğində kreditin ayrılmasını təsdiqləyib.

Modern.az saytı banka istinadən xəbər verir ki, kredit Azərbaycana 2022-ci ilədək 3 tranşla ayrılacaq. Birinci tranşın həcmi 250 mln. dollar olacaq.

Kredit hesabına 1,4 milyondan çox istehlakçı elektrik enerjisi ilə təchiz olunacaq.

ADB-nin Mərkəzi və Qərbi Asiya departamentinin baş direktoru Şon M. O'Salivan bildirib ki, bu proqram Azərbaycanın digər iri şəhərlərində və ucqar rayonlarında elektrik enerjisi təminatındakı problemlərin həllində mühüm rol oynayacaq.

 

Qeyd edək ki, Azərbaycan hökuməti ilə ADB arasında elektrik enerjisinin paylanmasının inkişafına dair təklif olunan İnvestisiya Proqramı üzrə kreditin ayrılmasına dair ilkin niyyət protokolu 2015-ci ilin may ayında Bakıda keçirilən ADB-nin Rəhbərlər Şurasının 48-ci illik Toplantısı çərçivəsində imzalanıb. Memorandumun şərtlərinə görə, ayrılacaq 1 mlrd. dollar investisiyanın 25%-ni Azərbaycan hökuməti, 75%-ni ADB təmin edəcək.

 

Gülşən RAUFQIZI

 

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır