Modern.az

Rövşən Lənkəranskiyə ölüm hökmü çıxaran “qanuni oğru” tutuldu

Rövşən Lənkəranskiyə ölüm hökmü çıxaran “qanuni oğru” tutuldu

12 İyul 2016, 11:11

Rusiyada məhşur “qanuni oğru”, “Şakro Molodoy” ləqəbli Zaxari Kalaşov həbs olunub.

Modern.az-ın xəbərinə görə, bu barədə Rusiya KİV-i məlumat yayıb. “Avtoritet” Zaxari Kalaşov sui-qəsdə sifarişdə şübhəli bilinir.

Moskva polisi onu “Belarusskiy”  dəmiryolu vağzalı restoranda həbs edib. Zaxari Kalaşova Moskva Şəhər Prokurorluğunda bu günlərdə rəsmi ittiham irəli sürüləcəyi gözlənilir.

Zaxari Kalaşov  “Ded Xasan”ın ölümündən sonra onun yeganə varisi hesab olunurmuş.

Zaxari Kalaşovun azərbaycanlı kriminal avtoritet Rövşən Canıyevin (Lənkəranski) ölüm hökmünü verməsi iddiaları da var.

 

Ağa AKİFOĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir