Modern.az

Azərbaycan İranla protokol imzaladı

Azərbaycan İranla protokol imzaladı

12 İyul 2016, 11:13

9-10 iyulda İran İslam Respublikasının Tehran şəhərində beynəlxalq avtomobil əlaqələri sahəsində İran-Azərbaycan Birgə Komissiyasının növbəti iclası keçirilib.

Azərbaycan nümayəndə heyətinə Nəqliyyat Nazirliyinin (NN) Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) rəis müavini İbrahim Əliyev, İran nümayəndə heyətinə Yol və Şəhərsalma Nazirliyinin Yol və Avtonəqliyyat departamentinin tranzit və sərhəd-keçid məntəqələri ilə iş üzrə idarəsinin rəisi Məhəmmədcavad Ətirçian rəhbərlik edib.

İclasda iki ölkə arasında beynəlxalq avtomobil daşımaları sahəsində mövcud vəziyyət, yük və sərnişin daşımaları zamanı avtodaşıyıcılarımızın qarşılaşdığı problemlər və onların həlli yolları, daşımaların inkişafı perspektivləri və digər aktual məsələlər müzakirə edilərək müvafiq Protokol imzalanıb.

Tərəflər hər iki ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) üzvü olduğunu qeyd edərək, “Şimal-Cənub” və “TRASECA” beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı sahəsində regional və beynəlxalq təşkilatlarda birgə fəaliyyətlərinin davam etdirilməsi barədə razılığa gəliblər. İki ölkə arasında həyata keçirilən beynəlxalq avtomobil daşımalarının hazırki vəziyyətindən məmnunluq ifadə olunub.

 

Gülşən RAUFQIZI

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır