Modern.az

Bağdadda terror: 7 ölü, 30 yaralı

Bağdadda terror: 7 ölü, 30 yaralı

12 İyul 2016, 11:15

İraqın paytaxtı Bağdadda partlayış nəticəsində 7 nəfər həyatını itirib, 30 nəfər isə yaralanıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, İraq təhlükəsizlik orqanlarından verilən məlumata görə,  Bağdadın şimalında yerləşən Rəşidiyyə bölgəsindəki bazarda bomba yüklü avtomobil partladılıb. Partlayış nəticəsində 7 nəfərin öldüyü, ən azı 30 nəfərin  isə yaralandığı qeyd edilib.

Yaralılar bölgəyə göndərilən təcili tibbi yardım maşınlarlı ilə yaxınlıqda olan xəstəxanalara yerləşdiriliblər.

 

Mirmahmud KAZIMOĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir