Modern.az

İqtisad Universitetində imtahanlara nəzarət şurası mətbuat konfransı keçirdi

İqtisad Universitetində imtahanlara nəzarət şurası mətbuat konfransı keçirdi

12 İyul 2016, 12:20

İqtisad Universitetində "UNEC İctimai Nəzarət Şurası" yay imtahan sessiyasının yekunlarına dair hesabatını açıqlayıb

İyulun 12-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) ölkənin tanınmış ekspertləri, elm xadimləri və KİV nümayəndələrinin təmsil olunduğu "UNEC İçtimai Nəzarət Şurası"nın yay imtahanlarının yekunlarına dair mətbuat konfransı keçirilib.

Modern.az xəbər verir ki, UNEC-in Marketinq və Kommunikasiya Departamentinin direktoru Rasim Şərifov bildirib ki, imtahan prosesində ictimaiyyətin və vətəndaş cəmiyyətinin nümayəndələrin iştirakının vacibliyi əsas tutularaq, " UNEC İctimai Nəzarət Şurası" yaradılıb.

Universitetdə təşkil edilən yay imtahan sessiyasına nəzarət istisnasız bu quruma verilib.

R.Şərifov bildirib ki, "UNEC İctimai Nəzarət Şurası"nın yaradılması ilə bağlı təklif universitet rəhbərliyinə QHT rəhbərləri Əliməmməd Nuriyev , Etibar Əliyev və təhsil eksperti, professor Şahlar Əsgərov tərəfindən daxil olub. Rəhbərlik təklifi müsbət dəyərləndirərək , Şuranın yaradılması ilə bağlı qərar verib. Şurada Azərbaycanın tanınmış ekspertləri, elm xadimləri və nüfuzlu KİV nümayəndələri təmsil olunub:

“Əməkdar elm xadimi, professor Şahlar Əsgərov ; "XXI Əsr" Təhsil İB- nin rəhbərləri, koordinator Etibar Əliyev; "Trend" İnformasiya Agentliyinin Baş direktorunun müavini Arzu Nağıyev; Kostitusiya Araşdırmaları Fondunun rəhbəti, İnsan Haqları üzrə Birgə Qrupun üzvü Əliməmməd Nuriyev; İctimai Televiziyanın departament direktoru Zaur Mahmudov; "Səs" İnformasiya Agentliyinin icraçı direktoru Vəli Vəliyev; Parlament Jurnalistləri Birliyinin sədri, "Modern" Media Qrupunun baş direktoru Elşad Eyvazlı; "525-qəzet" in müxbiri Sevinc Qarayeva”.

Təhsil eksperti Şahlar Əsgərov bildirib ki, “UNEC İctimai Nəzarət Şurası” Azərbaycan təhsili üçün bir yenilikdir:

“Təhsilin qarşısında iki əsas məsələ - biliyin ötürülməsi və ən vacibi biliyin qiymətləndirilməsi durur. Biliyin qiymətləndirilməsi vacib və çox ziddiyətli bir məsələdir. Qiymətləndirmədə nöqsanlara yol verilməsi haqda fikirlər hər zaman mövcuddur. Ancaq “UNEC İctimai Nəzarət Şurası” bütün bu söz-söhbətlərə son qoya bilər. UNEC-də yay imtahan sessiyasının təşkili və ümumilikdə imtahan prosesi yüksək səviyyədə təşkil olunub. Mən bir ay müddətində şura üzvləri ilə birgə imtahan prosesini izlədim. Ümumi vəziyyət məni qane etdi”.

Daha sonra çıxış edən təhsil eksperti Etibar Əliyev bildirib ki, "Hesabata əsasən, imtahan müddətində Apellyasiya Komissiyasına 3500 müraciət edilib. Müraciətlərin 1400-ü müsbət həll olunub, 1200-ə mənfi cavab verilib. 900 müraciət isə hazırda baxılma mərhələsindədir".

Konfransda şura üzvlərinin yekun hesabatı açıqlanıb. Hesabatda bildirilib ki, UNEC-də imtahanlara hazırlıq yüksək səviyyədə təşkil olunub və tətbiq edilən imtahan metodu şəfəffaflığın təmin olunmasına xidmət edir: "Ali məktəbin rəhbərliyi tələbə, müəllim və valideynlərin şura ilə əlaqələrini yüksək səviyyədə qurub".


 Qafar Ağayev

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?