Modern.az

Azərbaycanda axtarılan şəxs Rusiyada tutuldu

Azərbaycanda axtarılan şəxs Rusiyada tutuldu

12 İyul 2016, 12:32

Axtarışda olan azərbaycanlı Rusiyada saxlanılıb.

Bu haqda Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az saytına verilən məlumatda qeyd olunub.

Gəncə Şəhər Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş Firdovsi Mustafayev tutulub.

Məlumata görə, o, ötən il avqustun 4-dən Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 221-ci (Xuliqanlıq) maddələri ilə axtarışa verilib.

Axtarış nəticəsində şəhər sakini Rusiya Federasiyasında tutulub. Onun ekstradisiyası üçün tədbirlər görülür.

 

Gülşən RAUFQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?