Modern.az

Bacısını bıçaqlayan qardaş təslim oldu

Bacısını bıçaqlayan qardaş təslim oldu

Aktual

12 İyul 2016, 12:39

Sabirabad rayonunda bacısını bıçaqlayan şəxs hüquq mühafizə orqanlarına təslim olub. Daxili İşlər nazirliyinin ( DİN) mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, hadisə iyulun 11-də baş verib.

Belə ki, Sabirabad rayonunun Balakənd kəndində yaşayan Məhəmməd Hüseynov evində münaqişə zəminində bacısı Şəmsiyyəyə bıçaqla xəsarət yetirib.

Şəmsiyyə hadisə yerində ölüb.

M.Hüseynov könüllü olaraq Sabirabad RPŞ-yə gələrək təslim olub.

 

Gülşən RAUFQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!