Modern.az

Eks-nazir müavininin qardaşına yeni vəzifə verildi

Eks-nazir müavininin qardaşına yeni vəzifə verildi

12 İyul 2016, 13:40

Xəbər verdiyimiz kimi, Ağstafa Rayon Polis Şəbəsinə (RPŞ) yeni rəis təyin olunub. Daxili işlər naziri Ramil Usubovun əmri ilə Daşkəsən Rayon Polis Şəbəsinin rəisi postundan azad edilən polis polkovniki Elsevər Aslanov Ağstafa polisinin rəhbərliyinə gətirilib.

Modern.az saytına məlum olub ki, Ağstafa Rayon Polis Şəbəsinin yeni rəisi Elsevər Aslanov kənd təsərrüfatı nazirinin sabiq müavini Aslan Aslanovun kiçik qardaşıdır. Qeyd edək ki, Aslan Aslanov kənd təsərrüfatı nazirinin müavini işləməzdən əvvəl uzun müddət Şəmkir rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsini tutub.

Aslan Aslanovun adı oğlunun ölüm işi ilə əlaqədar son illər tez-tez mətbuatın gündəmində olub.


Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir