Modern.az

Gömrükçülər vətəndaşın daxil orqanından heroin çıxardılar

Gömrükçülər vətəndaşın daxil orqanından heroin çıxardılar

Aktual

12 İyul 2016, 13:47

Astara Gömrük Sərnişin şöbəsində İran İslam Respublikasından piyada yolla gələn Azərbaycan vətəndaşı saxlanılıb.

Bu haqda Modern.az saytına Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən bildirilib.

Məlumata görə, onun üzərində qanunvericiliyə uyğun olaraq şəxsi yoxlama aparılıb. Şəxsi yoxlama zamanı onun daxili orqanından xalis çəkisi 48.41 qram təşkil edən narkotik vasitə heroin aşkar olunaraq götürülüb.

Əməliyyat Astara sərhəd nəzarət məntəqəsinin əməkdaşları ilə birgə keçirilib.

 

Gülşən RAUFQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!