Modern.az

Eynulla Fətullayevin erməni müxbirinə hücum edildi

Eynulla Fətullayevin erməni müxbirinə hücum edildi

12 İyul 2016, 14:43

Erməni hüquq müdafiəçisi, bir müddət əvvəl ailəsi ilə Bakıya sığınan və buradan üçüncü ölkəyə gedən, hazırda Azərbaycanda fəaliyyət göstərən haqqin.azsaytının əməkdaşı Vahan Martirosyana Odessada hücum olub. 

Modern.az xəbər verir ki, bu haqda haqqin.az məlumat yayıb. Bildirilib ki, bir qədər əvvəl Odessa vilayətinin Belyayevka qəsəbəsində Vahan Martirosyanı naməlum avtomobillə vurmaq istəyiblər.

“Ağ rəngli, şüşələrinə qara plyonka çəkilmiş “VAZ 2107” aşağı sürətlə arxamca hərəkət edirdi. Sonra sürücü birdən qaza basdı və maşını üstümə sürdü. Mən yoldan kənara tullandım, ayağım zədələndi”-Martirosyan bildirib.

Erməni hüquq müdafiəçisinin bildirdiyinə görə, o, travmatik tapançadan avtomobilin yük yerinə üç dəfə atəş açıb və bundan sonra “VAZ 2107” sürətlə uzaqlaşıb.
“Onlar Belyayevka tərəfə getdilər. Mən maşında kimlərin olduğunu aydınlaşdırmağa çalışdım. Qonşumun polisdə işləyən oğlu dedi ki, şəhərdə belə maşın yoxdur və həmin maşının kimə məxsus olduğunu bilmir”.

Vahan Martirosyan Ermənistan hakimiyyətinin təqiblərindən bezərək ailəsi ilə birlikdə Azərbaycana sığınmışdı. Sonradan o, öz arzusu ilə üçüncü ölkəyə getdi. V.Martirosyan haqqin.az saytında Ermənistanın hərbi-siyasi elitası barədə ifşaedici məlumatlardan ibarət məqalələrlə çıxış edir. Hazırda o, saytın xüsusi müxbiridir.

Haqqqin.az saytının rəhbəri tanınmış jurnalist Eynulla Fətullayevdir.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?