Modern.az

TQDK-dan qabiliyyət imtahanı verəcək abituriyentlərə XƏBƏRDARLIQ

TQDK-dan qabiliyyət imtahanı verəcək abituriyentlərə XƏBƏRDARLIQ

12 İyul 2016, 18:13

Ali təhsil müəssisələrinin V ixtisas qrupu və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qeydiyyatdan keçmiş abituriyentlər  iyulun 15-dən avqustun 5-dək  qabiliyyət imtahanında iştirak etməlidirlər.

Bu barədə Modern.az-a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) məlumat verilib.

Abituriyentlər “qabiliyyət imtahanına buraxılış vərəqi”ni qeyd olunan linkdən (//eservices.tqdk.gov.az/brxvqab/?frm=egov ) çap edib götürə bilərlər.

Abituriyentlər imtahana gələrkən özləri ilə aşağıdakı sənədləri gətirməlidirlər:

  • Şəxsiyyəti təsdiq edən sənədin əsli;
  • Qabiliyyət imtahanına buraxılış vərəqi (vərəqədə hər istiqamət üzrə tələb olunan əlavə sənədlər qeyd olunub).

V ixtisas qrupuna ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları daxildir. I, II, III və ya IV ixtisas qruplarının hər hansı biri üzrə müsabiqədə iştirak etmək istəyən abituriyent, həm də V ixtisas qrupu üzrə müsabiqədə iştirak edə bilir. 

Abituriyentlərə iki müxtəlif ixtisas qrupu üzrə müsabiqədə özlərini sınamaq şansı verilməklə, onlar üçün əlavə imkanlar yaradılır.

V ixtisas qrupuna və tam orta təhsil (11 illik) bazasında kolleclərə qəbul cari ilin məzunları üçün buraxılış imtahanının nəticələrinə, əvvəlki illərin məzunları üçün isə  buraxılış imtahanı səviyyəsində iyulun 5-də keçirilmiş qəbul imtahanının nəticələrinə əsasən aparılır.

Ali təhsil müəssisələrinin xüsusi qabiliyyət  tələb edən V ixtisas qrupuna aid olan ixtisasları üzrə qabiliyyət imtahanlarına buraxılan abituriyentlərin sayı aşağıdakı cədvəldə 2015-ci illə müqayisəli şəkildə təqdim olunur:

 

Ali təhsil müəssisələrinin ixtisasları üzrə

Şəhər və ya bölgə

Müsabiqəyə buraxılanların sayı

2015

2016

Təsviri sənət

Bakı

624

2422

Bölgə

411

2057

Cəmi

1035

4479

Musiqi sənəti

Bakı

594

1069

Bölgə

355

844

Cəmi

949

1913

Memarlıq və dizayn

Bakı

-

1810

Bölgə

-

2162

Cəmi

-

3972

Teatr, kinovə xoreoqrafiyasənətləri

Bakı

371

1580

Bölgə

47

702

Cəmi

418

2282

Bədən tərbiyəsi və idman

Bakı

3935

5971

Bölgə

2260

4019

Cəmi

6195

9990

 

 

 

Bütün istiqamətlər üzrə cəmi

8597

22636

 

 

 

         

 

Abituriyentlərin sayı hesablanarkən 1 abituriyent eyni istiqamət daxilində həm Bakı şəhərində, həm də regionlarda yerləşən qabiliyyət imtahanı komissiyaları üzrə qeydiyyatdan keçibsə, 2 dəfə sayılıb. Bundan əlavə, 1 abituriyent müxtəlif istiqamətlər üzrə qeydiyyatdan keçibsə, seçdiyi istiqamətlərin hamısında sayılıb.

Bütün qabiliyyət imtahanı komissiyaları üzrə qabiliyyət imtahanlarında iştirak hüququ qazanmış abituriyentlərin sayı ötən illə müqayisədə xeyli artıb.

Abituriyentlərə I-IV ixtisas qrupları ilə yanaşı,  V ixtisas qrupuna da əlavə olaraq sənəd vermək üçün imkanın yaradılması qeydiyyatdan keçənlərin sayının artmasında ciddi rol oynayıb. Digər tərəfdən ötən ildən fərqli olaraq bu il qabiliyyət imtahanları üzrə seçmə turlar ləğv olunmuşdur və abituriyentlərin daha rahat şəkildə TQDK-nın internet saytında elektron qeydiyyatdan keçmələri üçün “qabiliyyət imtahanlarına qeydiyyat” sistemindən istifadə olunmuşdur, həmçinin abituriyentlərə istənilən sayda qabiliyyət imtahanı komissiyaları üzrə qeydiyyatdan keçməyə icazə verilmişdir.

11 illik orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq arzusunda olan abituriyentlərdən  isə 21679 nəfəri müsabiqədə iştirak hüququ qazanıb.

Nəzərə alsaq ki, həmin abituriyentlərdən müəyyən hissəsi ali təhsil müəssisələrinin müsabiqəsində də iştirak edə biləcəklər, kolleclərə hansı sayda ərizə veriləcəyini indidən söyləmək mümkün deyil.

Ali təhsil müəssisələri və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə müsabiqə şərtləri ilə “Abituriyent” jurnalının 2 saylı buraxılışında tanış olmaq olar.

 

Ağa AKİFOĞLU

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi