Modern.az

“Bank of Baku” şəhid anasını hədələyir: “Bizə görə şəhid olmayıb ki...”

“Bank of Baku” şəhid anasını hədələyir: “Bizə görə şəhid olmayıb ki...”

12 İyul 2016, 18:48


İyulun 12-də aprel döyüşlərində şəhid olmuş gizir Seymur Baxışovun anım günü ilə əlaqədar  valideynləri və dostları, Sumqayıt ictimaiyyəti Şəhidlər Xiyabanı ziyarət ediblər. 
Modern.az-ın xəbərinə görə, Şəhidin atası Qulamhüseyn Baxışov oğluna verdiyi dəyərə görə dövlətə və xalqa minnətdarlığını bildirib.
 Sonra isə əlavə edib ki, özü və həyat yoldaşı təqaüdçüdür. Oğlu Vətən uğrinda həlak olmazdan əvvəl həyat yoldaşı Zemfira xanım “Bank of Baku”dan 2000 dollar kredit götürüb. Ölkədə iki dəfə devalvasiya baş verdiyindən, ailə pulu bu günə qədər də qaytarıb verə bilmir. Faizləri çoxalır.
Şəhidin anası Zemfira xanım deyib ki, əgər ona bir iş tapılsa, işləyib həmin borcu qaytarar.
Ailə üzvləri bildiriblər ki, “Bank of Baku”dan onlara tez tez hədə dolu telefon zəngləri gəlir və borcu geç ödədiklərinə görə məhkləməyə verəcəkləri ilə hədələnirlər.

Devalvasiyadan sonra götürdüyüm məbləğ haradasa 3 min manata yaxın olub. Onlar da mənə zəng edib hədə-qorxu gəlirlər. Deyirlər ki, pulu ödəməsəniz, sizi hüquq-mühafizə orqanlarına verəcəyik. Deyirəm ki, oğlum şəhid olub, vəziyyət ağırlaşıb, götürdüyüm krediti qaytara bilmirəm. Bank nümayəndəsinin cavabına baxın: “Nə olsun, bizə görə şəhid olmayıb ki... Olub, olub da, Allah rəhmət eləsin, gətirin bankın pulunu ödəyin””. 

Şəhidin atası Qulamhüseyn Baxışov probleminin həlli üçün dövlətdən kömək və iş istəyib.



Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir