Modern.az

Astanada Xəzərin hüquqi statusu müəyyən edilib

Astanada Xəzərin hüquqi statusu müəyyən edilib

Aktual

12 İyul 2016, 20:29

“İyulun 11-12-də Astanada Xəzərin hüquqi statusu ilə bağlı Konvensiyanın hazırlanması üzrə işçi qrupunun 46-cı iclası keçirilib”. Modern.az saytı APA-ya istinadən xəbər ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

Danışıqlara Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov, Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzə səfiri İqor Bradçikov, İran prezidentinin Xəzər məsələsi üzrə xüsusi nümayəndəsi İbrahim Rəhimpur, Qazaxıstan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Zülfiyə Amanjalova və Türkmənistan prezidenti yanında Xəzər dənizi üzrə dövlət şirkətinin rəhbəri Mırat Atacanov qatılıb.

Açılış mərasimində Qazaxıstan xarici işlər naziri Yerlan İdrisov çıxış edib. O, Xəzər dənizi ölkələri xarici işlər nazirlərinin görüşü öncəsi Astana iclasının əhəmiyyətini qeyd edib, Xəzər dənizinin hüquqi statusu ilə bağlı Konvensiyanın Astanada keçirilməsi planlaşdırılan 5-ci sammitdə imzalanması üçün tərəflərin maksimum səy göstərməsinin vacibliyini vurğulayıb.

İclasın əsas mövzusu xarici işlər nazirlərinin sabah keçiriləcək görüşünə hazırlıq olub.

İşçi qrupunun növbəti iclasının İranda keçirilməsi qərara alınıb.

Xatırladaq ki, Xəzəryanı ölkələrin Xarici İşlər Nazirləri Şurasının sabah Astanada keçiriləcək iclasında nazir Elmar Məmmədyarov da iştirak edəcək.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı