Modern.az

“Biz hədəflərimizin öhdəsindən gələ bildik”

“Biz hədəflərimizin öhdəsindən gələ bildik”

12 İyul 2016, 20:44

Azərbaycan nümayəndə heyəti ATƏT Parlament Assambleyasının (PA) iyulun 1-dən 5-dək keçirilən son sessiyasında bütün hədəflərə nail olub. Modern.az saytı xəbər verir ki, bunu Trend-ə Milli Məclisin vitse-spikeri, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova deyib.

 

Azərbaycanın ATƏT Parlament Assambleyasında fəaliyyətinin hər zaman diqqətçəkən olduğunu deyən B.Muradova sonuncu sessiyanın da belə olduğunu söyləyib:

 

“Biz bütün hədəflərimizə nail olduq, yəni ilk olaraq, komitələr üzrə yekun qətnamənin qəbulu zamanı nəzərdə tutduğumuz dəyişiklikləri - orada əksini tapmayan məsələləri sənədə əlavə etməyə nail ola bildik. İkincisi, bizim bu dəyişikliyimizə zidd mövqedə dayanan Ermənistanın mövqeyini dəf edə bildik. Üstəlik, onların yenə də beynəlxalq hüququn və Helsinki Yekun Aktının prinsiplərinə yönəlmiş mövqeyinin sənədlərdə əksini tapması işinin qarşısını aldıq. Üçüncüsü də, Azərbaycan nümayəndəsi - ATƏT PA-nın Siyasi məsələlər və Təhlükəsizlik komitəsinin sədr müavini Azay Quliyev ATƏT PA-nın vitse-prezidenti seçildi. Bu, çox böyük uğurdur. Hesab edirəm ki, biz hədəflərimizin öhdəsindən gələ bildik”.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi