Modern.az

Bu rayonlarda qaz olmayacaq

Bu rayonlarda qaz olmayacaq

Aktual

12 İyul 2016, 20:54

Abşeron və Suraxanı rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq. Modern.az saytı xəbər verir ki, bu barədə “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Məlumata görə, yeni çəkilən qaz xəttinin mövcud xəttə qoşulması və qaz xətti üzərində RDUK200 markalı tənzimləyicinin quraşdırılaraq istehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə iyulun 13-də saat 9:00-dan işlər yekunlaşanadək Abşeron rayonunun Mehdiabad, Ceyranbatan və Saray qəsəbələri ərazisində, Suraxanı rayonu Hövsan qəsəbəsi, Bahar, Dədə Qorqud yaşayış massivi və köhnə Suraxanı qəsəbəsi ərazisinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Ümumiyyətlə, aparılan işlərin Sabunçu, Binəqədi və Xəzər rayonlarının qaz təchizatına təsir göstərməsi də mümkündür.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür