Modern.az

"Qarabağ"dan ilk hissədə iki qol

"Qarabağ"dan ilk hissədə iki qol

Aktual

12 İyul 2016, 21:53

Bu gün Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyunlarına start verilib. Modern.az saytı xəbər verir ki, Azərbaycan çempionu "Qarabağ" 2016/17 mövsümündə ilk matçına çıxıb.

Ağdam təmsilçisi evdə Lüksemburq çempionu "Düdelanj"ı qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 21:00-da başlayıb. Oyunun 9-cu dəqiqəsində "Qarabağ" oyunçusu Riçard Almeyda hesabı açıb. Oyunun 27-ci dəqiqəsində Riçard Almeyda qonaqları ikinci dəfə oyuna mərkəzdən başlamağa məcbur edib.

 

Qeyd edək ki, bu komandalar arasında cavab görüşü iyulun 20-da Lüksemburqda keçiriləcək.

 

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür