Modern.az

Yol qəzasında polis leytenantı dünyasını dəyişib

Yol qəzasında polis leytenantı dünyasını dəyişib

Aktual

12 İyul 2016, 22:15

Tovuzda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Modern.az saytı APA-ya istinadən xəbər verir ki, bir nəfərin ölümü və bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası Tovuz-Düzqışlaq  avtomobil  yolunda qeydə alınıb. Hadisə yerinin yaxınlığında yerləşən istirahət mərkəzlərinin birində dincələn Eyvaz Həsənov həyat yoldaşı ilə kvadrasikla hərəkət edən zaman idarəetməni itirib və yolun kənarındakı divara çırpılıb.

 

Qəza nəticəsində Eyvaz Həsənov dünyasını dəyişib, həyat yoldaşı isə müxtəlif bədən xəsarətləri ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

Qeyd edək ki, qəza nəticəsində dünyasını dəyişən 1980-ci il təvəllüdlü polis baş leytenantı Eyvaz Həsənov Baş Dövlət Yol Polisi İdarəsinin 9-cu tağımının baş inspektoru vəzifəsində çalışıb.

 

Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşlar tərəfindən araşdırma aparılır.

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır