Modern.az

"Azərbaycan əhalisinə verilən su sağlamlıq üçün təhlükəlidir"  

"Azərbaycan əhalisinə verilən su sağlamlıq üçün təhlükəlidir"   

13 İyul 2016, 14:09

Azərbaycan əhalisinə verilən su insan sağlamlığı üçün təhlükəlidir.

APA xəbər verir ki, bu barədə Böyük Britaniyanın nüfuzlu "The Daily Mail" nəşri ekspertlərə istinadən yazır.

Nəşr turistlər üçün hazırladığı xəritədə krandan su içməyin təhlükəli və təhlükəsiz olduğu ölkələrin adlarını qeyd edib.

Nəşrin sorğu keçirdiyi ekspertlər bir sıra ölkələrlə yanaşı Azərbaycanı "üçüncü ölkələr" sırasına aid edib. "Bu cür ölkələrdə krandan gələn su ilə heç diş yumağı da tövsiyə etmirik", - deyə ekspertlər qeyd edib.

Məsələn, Rusiyada krandan su içmək bir sıra xəstəliklərə, o cümlədən "Hepatit A"ya yola aça bilər. Ermənistan, Gürcüstan, Moldova, Belarus, Ukrayna, Türkiyə və s. ölkələrdə də analoji vəziyyətdir.


Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir