Modern.az

Azəbaycanlı mütəxəssis iqlim dəyişikliyinin səbəbini AÇIQLADI

Azəbaycanlı mütəxəssis iqlim dəyişikliyinin səbəbini AÇIQLADI

13 İyul 2016, 14:14

Son illərdə iqlim dəyişkənliyi nəticəsində havaların kəskin soyuması və ya istiləşməsi müşahidə edilir. Bəs iqlim dəyişkənliyinin səbəbi nədir? Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi İqlim Dəyişmələri və Ozon Mərkəzinin direktoru Gülmalı Süleymanov Modern.az- a fikrini bildirib.

Gülmalı Süleymanovun sözlərinə görə, iqlim dəyişikliyinin təbii və antropogen səbəbləri var.

“Təbii səbəblər Günəşin aktivliyi, Günəşin düşmə bucağının dəyişməsi, ümumiyyətlə, kainatda baş verən proseslərdir. Antropogen amillər isə istilik effekti yaradan qazlardır. Bunlar karbon qazı, metan, azot peroksiddir. Bundan başqa, Atlantik okeanında “La Nina”, “El Nina” adlı isti, soyuq cərəyanların da iqlim dəyişikliyinə təsiri var. Bir də “sinergetik” təsirlər var. Sinergetik təsirlər buzlaqların əriməsinə gətirib çıxarır. O da okeanda cərəyanların dəyişməsinə gətirir. Əbədi buzlaqların əriməsi bataqlıqlara səbəb olur. Bataqlıqlardan daha çox metan qazı ayrılır. Burda artıq təbii antropogen amillər bir-biri ilə əlaqəyə girirlər”.

Mütəxəssis deyir ki, iqlim dəyişikliyinin Azərbaycanda təsiri özünü ən çox dolu, daşqın, 2-3 aylıq yağış normalarının bir günə düşməsi və güclü küləklərlə göstərir. Bunların nəticəsində səhralaşma, şoranlaşmalar kimi hadisələr baş verir.

“İqlim dəyişiklərinin ətraf mühitə də  bir sıra təsirləri var. İqlim dəyişikliyi nəticəsində səhralaşma, torpaqların eroziyası, məhsuldarlığın azalması, bitki və heyvan növlərinin məhv olması müşahidə edilir”.

Qafar Ağayev

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir