Modern.az

Nəzir qutusundan pul oğurlanıb

Nəzir qutusundan pul oğurlanıb

13 İyul 2016, 13:49

Zaqatalada nəzir qutusundan pul oğurlanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, hadisə iyulun 10-na keçən gecə Zaqatala rayonunun Muxax kəndində baş verib.

Həmin gecə kənddəki Cümə məscidinin nəzir qutusundan 200 manat pul oğurlanıb.

Zaqatala RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən kənd sakini Arif Aslanov tutulub.

 

Gülşən RAUFQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır