Modern.az

“Şeş-beş” restoranın sahibi sürücünün ölümündə şübhəli bilinir

“Şeş-beş” restoranın sahibi sürücünün ölümündə şübhəli bilinir

Aktual

13 İyul 2016, 15:09

Moskvadakı “Şeş-beş” restoranlar şəbəkəsinin sahibi Qeys Məmmədovun sürücüsü güllələndikdən sonra onun meyiti Moskva çayından tapılmışdı. Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, istintaqın versiyasına görə, öldürülən sürücü onun rəisinin biznesi ətrafındakı çəkişmənin qurbanı olub. 

Qeys Məmmədovu İstintaq Komitəsinin əməkdaşları dindiriblər, onun restoranlarında isə istintaq hərəkətləri aparılıb. Məlumatda qeyd edilir ki, iyulun 12-də baş ofisdə, eləcə də “Şeş-beş”  restoranlarının daxilində axtarış aparılıb. Artıq bir nəfər şübhəli saxlanılıb.

İstintaqın belə hesab etməyə əsası var ki, Məmmədov sürücüsünün öldürülməsinin planlaşdırılmasından xəbəri olub. Saxlanılan bir nəfər isə istintaqla əməkdaşlıqdan imtina edib. Bununla belə, istintaqçılar əmindirlər ki, qətl sifariş xarakterlidir.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır