Modern.az

"Azərbaycan üçün öyrət" - təqdimat mərasimi oldu

"Azərbaycan üçün öyrət" - təqdimat mərasimi oldu

13 İyul 2016, 16:30

"Azərbaycan üçün öyrət" təhsil proqramı çərçivəsində təşkil olunan yay məktəbi layihəsinin təqdimat mərasimi keçirilib.

Modern.az xəbər verir ki, tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, deputatlar Hadi Rəcəbli və Vahid Əhmədov, Kapital Bank rəsmisi, layihənin tərəfdaş qurumlarının nümayəndələri və KİV təmsilçiləri iştirak ediblər.

Təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, “Azərbaycan üçün öyrət” layihəsi ümumi təhsil məktəblərində keyfiyyətli tədris üçün bərabər imkanların yaradılmasını təmin edən marifçilik platformasıdır. Layihə çərçivəsində tanınmış ictimai şəxslərin iştirakı ilə ölkənin 5 bölgəsində akademik göstəriciləri zəif olan məktəblərin şagirdləri üçün hər biri iki gün olmaqla yay məktəbləri təşkil olunacaq. 

Deputat Hadi Rəcəbli deyib ki, pilot layihəyə "öyrət" devizinin qoyulması çox müdrik ideyadır. Layihə üçün seçilən mərkəzlər də tarixi yerlər, bölgə mərkəzləri, qədim xanlıq ərazilərdir. O əlavə edib ki, şagirdlərin məktəbdə zəif nəticə göstərməsinin səbəblərinə genetik faktor, valideynlərin təsiri-təşkilatçılığı, məktəb-müəllim potensialı, kompüter-internet asılılığı kimi amillər daxildir.

Daha sonra çıxış edən, millət vəkili Vahid Əhmədov da belə bir layihənin reallaşdırılmasının önəmini vurğulayıb və bunu çox yüksək  qiymətləndirib. 

Xatırladaq ki, iyulun 21-dək davam edəcək layihə müddətində şagirdlər Təhsil Avtobusu vasitəsi ilə Bakı, Lənkəran, Quba, Şəki və Gəncə şəhərlərinə səyahət edəcəklər. Burada onlar ntellektual yarışlarda və fərdi inkişaf təlimlərində iştirak edəcəklər.

Sonda layihə iştirakçıları və qonaqlar xatirə şəkili çəkdiriblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi