Modern.az

Bolqarıstana 3 günə viza almaq mümkün olacaq

Bolqarıstana 3 günə viza almaq mümkün olacaq

13 İyul 2016, 16:48

Bileti təqdim etməklə cəmi 3 günə Bolqarıstana viza almaq mümkün olacaq.  Bu haqda Modern.az saytına Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı məlumat verib.

O qeyd edib ki, iyul ayının 1-dən etibarən Bakı-İstanbul-Sofiya, Bakı-İstanbul-Varna, Bakı-İstanbul-Burqas istiqamətində reyslər həyata keçirilir:

“Bakı Beynəlxalq Avtovağzalı ilə Bolqarıstan səfirliyi arasında aparılan danışıqlara əsasən, vətəndaş aldığı gediş biletini səfirliyə təqdim etməklə, 3 gün ərzində Bolqarıstan vizası ala biləcəkdir”.

Ş.Mehmanqızının sözlərinə görə, reyslər həftənin 2-4-6-cı günləri həyata keçirilir. Biletin qiyməti 130 AZN təşkil edir.

 

Gülşən RAUFQIZI

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu