Modern.az

Zakir Fərəcovdan sumqayıtlıları sevindirəcək SƏRƏNCAM

Zakir Fərəcovdan sumqayıtlıları sevindirəcək SƏRƏNCAM

Aktual

13 İyul 2016, 17:00

Sumqayıt  Şəhəri İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Sumqayıt şəhər çimərliklərində əhalinin yay istirahətinin təşkili haqda sərəncam imzalayıb.

Bu barədə Modern.az-a Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən məlumat verilib.

Sərəncamda qeyd olunub ki, çimərlik ərazilərinə və sahilyanı zonalara giriş pulsuzdur.

Sərəncama əsasən, müvafiq qurumlara tapşırılıb ki, əhalinin dəniz sahilində maneəsiz istirahətinin təmin edilməsi üçün firma və şirkətlər tərəfindən xidmət haqlarından başqa hər hansı rüsumun alınması yolverilməzdir.

“Çimərlik ərazilərində istirahət edənlərə lazımı səviyyədə xidmət göstərilməsi üçün ticarət , iaşə və digər xidmətlərin göstərilməsi qaydalarına əməl edilsin”.

Sənəddə həmçinin çimərliklərə və sahilyanı zonalara giriş üçün pul yığılmasının qarşısının alınması təşkil edilməsi öz əksini tapıb.

 

Ağa AKİFOĞLU

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir