Modern.az

Qusarda yol tikintisinə 1,8 milyon manat ayrıldı

Qusarda yol tikintisinə 1,8 milyon manat ayrıldı

Aktual

13 İyul 2016, 18:23

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 13-də “Qusar rayonunun Qusar-İmamqulukənd-Quxuroba avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.

Modern.az xəbər verir ki, 12 min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Qusar-İmamqulukənd-Quxuroba avtomobil yolunun başa çatdırılması məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 1,8 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə və “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə nəzərdə tutulan məbləğdə maliyyələşməni və tikinti işlərini müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!