Modern.az

Ailə haqqında ən məşhur SİTATLAR

Ailə haqqında ən məşhur SİTATLAR

13 İyul 2016, 18:38

-Bütün xoşbəxt ailələr bir-birinə bənzəyir, bədbəxt ailələrin isə hərəsi bir cür bədbəxtdir. (Lev Tolstoy)

-Xoşbəxtlik başqa bir şəhərdə sevən, qayğı göstərən, bir-birinə bağlı ailəyə sahib olmaqdır. (George Burns)

-Ailələr qarışıqdır. Ölümsüz ailələr isə əbədiyən qarışıqdır. Bəzən etdiyimiz ən yaxşı şey, bir-birimizə daha yaxşısını və ya daha pisini etmək üçün bağlı olduğumuzu xatırlatmaq, yaralamağa və öldürməyə maksimum az cəhd etməkdir. (Rick Riordan)

-Bütün valideynlər övladlarına zərər vurur. Bu barədə nə isə etmək olmur. Gənclik saf şüşə kimidir, tərbiyəçilərinin izlərini özlərinə çəkirlər. Bəzi ailələr ləkələnir, digərləri çatlayır, bəzi parçalanmış uşaqlıqlar nəinki yenidən bərpa edilir, bütövlükdə xırda hissələrə bölünürlər. (Mitch Albom)

-Hər şey pisləşdikdə çəkinmədən yanında duran insanlar sənin ailəndir. (Jim Butcher)

-“Dağılmış ailə” deyə bir şey yoxdur. Ailə ailədir, o, nigah şəhadətnaməsi, boşanma kağızları, övladlığa götürmə sənədləri ilə müəyyənləşdirilmir. (C. Joybell C.)

-Valideynlər Tanrıdırlar, çünki sən onların uzaqda olduqlarını bilmək və sənin haqqında yaxşı düşünmələrini istəyirsın. Amma onları yalnızca ehtiyacın olanda axtarırsan. (Chuck Palahnink)

-Bir gün mənim üçün nifrət etdiyin şeyləri də edəcəksən. Bu, ailə olmaq deməkdir. (Jonathan Safran Foer)

-Bu, səni sevən insanların etdiyi şeydir. Qollarını ətrafına dolayırlar və sən seviləsi olmasan da səni sevirlər. (Deb Calefti)

-Əziz qohumum, uzun zaman sonra öyrəndiyim bir şey varsa, o da ailəndən imtina edə bilməyəcəyindir, onların səni nə qədər özündən çıxarmaları vacib deyil. (Rick Riordan)

-Yadda saxlamalısan ki, ailə qan bağı ilə yaranır, lakin o bundan asılı deyil. Bu özəl dostluq da deyil. Bilirsən ki, ailə üzvlərin sənin ən yaxşı dostların da ola bilər. Və ən yaxşı dostların, səninlə bir bağlılığı olsa da, olmasa da, ailən ola bilərlər. (Trenton Lee Stewart)

-Valideynlərin səni sevməyə məcbur olan yeganə insanlardır. Dünyanın geri qalanından isə bu sevgini qazanmalısan. (Ann Brashares)

-Ananın “Məsləhət istəyirsənmi?” deyə soruşması sırf formal bir şeydir. “Hə” ya da “yox” cavabı verməyinin bir fərqi yoxdur. Hər bir halda o məsləhəti alacaqsan. (Erma Bombeck)

-Həqiqi ailələri birləşdirən şey qan bağı deyil, bir-birinin həyatına hörmət və sevinc qatmaqdır. Bir ailənin üzvləri nadir hallarda bir dam altında böyüyürlər. (Richard Bach)

-Dostların sənin seçdiyin ailəndir. (Hess C. Scott)

-Ailəmin sevgisi  ilə özümə dayaq verirəm. (Maya Angelon)

-Biz analar və qızları olaraq, bir-birimizə bağlıyıq. Anam məni şax və dürüst saxlayan onurğa sümüyümdür. O mənim bol və güclü bir şəkildə yayılan qanımdır. O, ürəyimin döyüntüsüdür. Onsuz bir həyat təsəvvür edə bilmirəm. (Kristin Hannah)

-Uşaqların Tanrının bəxş etdiyi ən böyük hədiyyə, ruhları isə əllərinə verilən ən ağır məsuliyyətdir. Onlarla zaman keçirt, onlarda Tanrıya inam yarat. Onların inam bəsləyəcəyi insan ol. Qocalanda etdiyin heç nə o qədər də əhəmiyyətli olmayacaq. (Lisa Wingate)

-Ev insanlardır, yer deyil. Əgər insanların hamısı getdikdən sonra oraya qayıtsan, onda bunun artıq orada olmayan şey olduğunu anlayarsan. (Robin Hobb)

-Səni seçməyə məcbur etməyəcək qədər çox sevirəm. (Katie McGarry)

-Ailən və dostlarınla sağollaşa və aranıza məsafələr qoya bilərsən. Eyni zamanda onları qəlbində, beynində, mədəndə daşıyırsansa, onda sadəcə sən dünyada yaşamırsan, dünya səndə yaşayır. (Frederick Buechner)

-Ailə sabit qrup kimi təsəvvür edilən şey deyil. İnsanlar evlənir, boşanır. Onlar doğulur və ölürlər. O həmişə təkamül edir, başqa bir şeyə çevrilir. (Sarah Dessen)

-Ev ən çox sevdiyin və ən pis davrandığın yerdir. (Pay Hinckley)

-Yadlar yenicə tanış olduğun ailəndir. (Mitch Albom)

 

Tərcümə: Firuzə Hüseynova

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı