Modern.az

Türkiyə-Azərbaycan Konfederasiyası: Gültəkin Hacıbəyli MDB modelini təklif edir

 Türkiyə-Azərbaycan Konfederasiyası: Gültəkin Hacıbəyli MDB modelini təklif edir

28 Oktyabr 2009, 11:06

Türk ölkələrinin lokal problemlərinin həlli üçün konfederasiya yaradılması gündəmə gətirilib. İlkin olaraq Azərbaycan-Türkiyə Konfederasiyasının yaradılması təklif edilir.

Millət vəkili Gültəkin Hacıbəyli Modern.az-a açiqlamasında qeyd edib ki, bəlkə də indi bu məsələ hələ yetişməyib: “Ancaq mən əminəm ki, yaxın gələcəkdə nəinki Türkiyə-Azərbaycan, eyni zamanda digər türkdilli dövlətlərin də konfederasiyası yaranacaq. Dövlətlər burada işgüzar formatda əməkdaşlıq edəcəklər”.

Deputat deyib ki, ilkin mərhələ olaraq ən azı türk dövlətlərinin MDB kimi yaxınlaşma modelindən istifadə etmək olar: “Ardınca əməkdaşlığı daha da dərinləşdirmək, daha ciddi dayaqlar üzərinə transfer etdirmək olar. Gerçəklik də bunu bizdən tələb edir. Belə bir ideyanın həyata keçirilməsi üçün cox ciddi əsaslar var”.

Məsələnin beynəlxalq əhəmiyyətinə toxunan G.Hacıbəyli deyib ki, bu, türk dövlətlərinin beynəlxalq sferada bir platforma ilə çıxış etməsi deməkdir: “Təbii ki, nəticə etibarilə bu dövlətlərin hər biri üçün qazanclı olacaq. Həm də beynəlxalq münasibətlərin ciddi bir oyunçusunun meydana çıxmasına gətirəcək. Müasir dünya təkqütblü, ikiqütblü deyil. Proses çoxqütblü dünyaya doğru gedir. Bunu nəzərə almalıyıq. İstənilən halda bu, bütövlükdə türk dünyası üçün şox faydalı olardı”.

 

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi