Modern.az

“Avro 2016”nın ən gözəl qolu seçilib – Video

“Avro 2016”nın ən gözəl qolu seçilib – Video

Aktual

13 İyul 2016, 20:43

UEFA ötən həftəsonu başa çatan futbol üzrə Avropa çempionatında vurulan ən gözəl qolu açıqlayıb. Modern.az Avropa Futbol Assosiasiyaları İttifaqının rəsmi saytına istinadən bildirir ki, ən gözəl hesab edilən qol futbol azarkeşlərinin 32 faizinin səsini toplayıb. Bu, Portuqaliya-Macarıstan oyununda macar yarımmüdafiəçi Zlatan Geranın vurduğu topdur. Xatırladaq ki, həmin dramatik matç 3:3 hesabı ilə başa çatmışdı.

37 yaşlı Zlatan Gera rəqibin qapısına bu topu qrup mərhələsinin 3-cü turunda vurmuşdu.

Sonrakı yerləri isə Cerdan Şakirinin, Kriştianu Ronaldunun və Hela Robson-Kanunun vurduğu qollar tutub.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır