Modern.az

Böyük Britaniyanın yeni baş naziri Tereza Mey oldu

Böyük Britaniyanın yeni baş naziri Tereza Mey oldu

Aktual

13 İyul 2016, 21:13

Mühafizəkar Partiyasının lideri Tereza Mey Böyük Britaniyanın yeni baş naziri təyin edilib. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, bununla əlaqədar  Böyük Britaniyanın kraliçası II Yelizaveta fərman imzalayıb.

 

II Yelizaveta T.Meyə yeni hökuməti formalaşdırmağı tapşırıb. Gözlənilir ki, artıq bu axşam yeni nazirləri bəlli olacaq.

Qeyd edək ki, Tereza Mey II Yelizavetanın krallığı dövründə sayca 13-cü baş naziridir.

 

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir