17 avqust 2017, Cümə axşamı
Ana Səhifə - MÜSAHİBƏ - “Qəbul imtahanları pullu olacaq”
“Qəbul imtahanları pullu olacaq”
13.07.2016, 21:31

İmtahan xərcləri dövlət büdcəsindən verilməyəcək, hər bir şəxs pulu özü ödəyəcək. Modern.az saytı xəbər verir ki, bu barədə Trend-ə müsahibəsində Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

- Dövlət İmtahan Mərkəzinə öz fəaliyyətindən - imtahanların keçirilməsindən gəlir əldə etmək imkanı verilib. Mərkəz bu imkanından nə zamandan istifadə edəcək?

 

- Ödənişli əsaslarla imtahanların keçirilməsi bu ilə aid deyil. Hər bir kəs imtahan vermək üçün şəxsiyyət vəsiqəsi ilə iş nömrəsi götürür və buna görə dövlətə 2 manat rüsum ödəyir. Bu il aparacağımız bütün imtahanların dövlət rüsumu əvvəl olduğu kimi qalacaq.

 

- Bu, yalnız ali təhsilin bakalavriat səviyyəsinə qəbul imtahanlarına şamil olunacaq?

 

- Söhbət müxtəlif növ qəbul imtahanlarından, yəni bütün təhsil pillələrinə qəbul imtahanlarından gedir ki, onlar da pullu olmalıdırlar. Bundan başqa, müxtəlif növ sınaq imtahanları, dövlət qulluğuna qəbul imtahanları - bunlar hamısı yalnız dövlət rüsumu əsasında aparılır. İmtahanların keçirilməsi üçün hər bir şəxsə görə çəkilən xərc bizə dövlət büdcəsindən verilir. İndi isə verilməyəcək. Ona görə də hər bir şəxs pulu özü ödəyəcək. Bir misal göstərim. İyulun 5-də V ixtisas qrupuna və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq istəyən əvvəlki illərin məzunları üçün qəbul imtahanı keçirildi. Bu imtahanlarda iştirak etməli olan 40 min nəfərdən 9 mini rüsumu, yəni 2 manatı ödəyib, amma imtahana gəlməmişdi. Biz isə ona həm cavab kartı, həm sual kitabcası hazırlamışdıq, həm də onlar üçün binalarda müəyyən yerlər, nəzarətçilər ayırmışdıq. Həmin şəxslər “İmtahana buraxılış vərəqəsi”ni götürmüşdü. Təbii ki, buna görə də biz onların imtahana gələcəyini gözləyirdik. Amma onlar imtahana gəlməyib. Bu, məsuliyyətsizlikdir.

 

- Bir şəxsin imtahan verməsi dövlətə necəyə başa gəlir?

 

- Müəyyən imtahanlarda dövlət bir şəxsə 25 manat pul xərcləyir. Ancaq elə imtahanlar var ki, bu xərc daha çoxdur. Bu, o imtahanlardır ki, orada iştirakçıların sayı az olur. Məsələn, kütləvi imtahanlarla müqayisədə rezidentura imtahanlarının keçirilməsinə daha çox pul xərclənir. Kütləvi imtahanlar olanda xərclənən pul iştirakçıların sayına görə bölünür, ona görə də xərclər bir az azalırdı. Amma elə də böyük imtahan olmayanda - iştirakçıların sayı 1000-2000 nəfər olanda xərclər təbii ki, artır. Biz indi bununla əlaqədar müəyyən arayışlar hazırlayırıq. Bu arayışları müəyyən bir sənəd kimi Tarif Şurasına təqdim etməliyik. Tarif Şurasında bu sənədlərə baxılmalıdır.

 

- Onda hansısa imtahanlar dövlət hesabına aparılacaq?

 

- Təbii ki, müəyyən imtahanlar dövlət hesabına aparılmalıdır. Bu, buraxılış imtahanlarıdır. Çünki buraxılış imtahanları yekun attestasiyadır və ölkədə 11 illik təhsil pulsuzdur. Təbii ki, attestasiya da pulsuz olmalıdır. Amma qalan imtahanlar pullu olmalıdır. Buraxılış imtahanlarının da pulsuz olması belədir ki, onun pulunu dövlət ödəyir. Ancaq bundan sonra dövlət hər bir iştirakçıya görə bu vəsaiti bizə hansı formatda ödəyəcək?! Müəyyən işlər var ki, bizə dövlət tərəfindən sifariş olunur. Dövlət tərəfindən sifariş olunan o işləri bizim üçün dövlət maliyyələşdirməlidir. Amma elə xidmətlər var ki, biz onları vətəndaşlara göstəririk. O xidmətlərin bir qismi ödənişli olmalıdır. Ola bilsin ki, dövlət tərəfindən elə bir qərar qəbul olundu ki, o xidmətlərin bir qisminin xərclərini yenə də dövlət öz üzərində saxlayacaq. Bir misal göstərim. Yalnız may ayında 690 mindən çox elektron xidmət göstərmişik. Bu xidmətlər vətəndaşlar üçün pulsuzdur. Biz gələcəkdə də bu elektron xidmətləri vətəndaşlara pulsuzmu göstərməliyik, yoxsa bu xidmətlər də hansısa özünü maliyyələşdirmə mexanizmi əsasında həyata keçirilməlidir?! Təbii ki, biz indi bu məsələləri müzakirə edirik. Heç kim fikirləşməsin ki, bunlar çox sadə məsələlərdir. Biz indi həmin o xidmətləri göstərə-göstərə eyni zamanda, yeni mexanizm də hazırlayırıq. Faktiki olaraq, 2 istiqamətdə iş aparırıq.

 

- İmtahanlar üçün rüsum artırılarsa, bunun hansı həcmdə olması və nə zamandan tətbiqi nəzərdə tutulur?

 

- Bunu mən deyə bilmərəm. Çünki bu məsələlərlə əlaqədar araşdırmalar apardıqdan sonra təkliflərimizi hazırlayaraq qanunvericlikdə nəzərdə tutulan qaydada Tarif Şurasına, Maliyyə Nazirliyinə təqdim edəcəyik.

 

- Dövlət qulluğuna qəbul üçün keçirilən müsabiqədə müsahibə mərhələsinin ləğvinin zəruriliyi barədə fikirlər səsləndirilsə də, bu məsələ qanunvericiliyə daxil edilmədi və yenə də müsahibə mərhələsi saxlanıldı. Müsahibə mərhələsinin saxlanmasına münasibətiniz necədir?

 

- Qanun necə qəbul olunubsa, elə də icra olunmalıdır. Qanunun icrası ilə əlaqədar şərh vermək istəmirəm.

 

- Dövlət qulluğuna qəbulla əlaqədar dəyişiklik nəzərdə tutulur?

 

- “Dövlət qulluğu haqqında” yeni qanun qəbul olunub. O qanunda hansı dəyişikliklər nəzərdə tutulubsa, təbii ki, biz də onu həyata keçirəcəyik. Amma onun həyata keçirilmə mexanizmi elə olmalıdır ki, effektiv olsun. Biz indi bunun üzərində fikirləşirik. Bununla əlaqədar müvafiq işlər aparırıq.

 

- Mexanizmin hansı formada olması təklif ediləcək?

 

- Biz indi bunları müzakirə edirik. Bu mexanizm iqtisadi baxımdan effektiv olmalıdır. Bu, həm də elə formatda olmalıdır ki, insanlar bu xidmətdən istifadə edə bilsinlər. Onların əlyetərliliyini artırmaq, gəncləri dövlət qulluğuna hazırlaşdırmaq, dövlət qulluğunda işləmək şanslarını artırmaq üçün imkanları olsun.

 

Modern.az


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Bakıda 32 yaşlı kişi intihar etdi
17.08.2017, 09:49

Bakıda 32 yaşlı kişi intihar etdi

Azərbaycanda aldıqları pulun hesabatını verməyən QHT-lər var - RƏSMİ
17.08.2017, 09:48

Azərbaycanda aldıqları pulun hesabatını verməyən QHT-lər var - RƏSMİ

Tereza Meydən Trampa sərt TƏNQİD
17.08.2017, 09:29

Tereza Meydən Trampa sərt TƏNQİD

Həbsxanada iğtişaş - 37 nəfər öldü
17.08.2017, 09:25

Həbsxanada iğtişaş - 37 nəfər öldü

Ermənistan cəıbhədə təxribat törətdi
17.08.2017, 09:23

Ermənistan cəıbhədə təxribat törətdi

Rəsulzadənin ev muzeyi AÇILMALIDIR – “AXC-100”-lə bağlı TƏKLİF
17.08.2017, 09:12

Rəsulzadənin ev muzeyi AÇILMALIDIR – “AXC-100”-lə bağlı TƏKLİF

Səudiyyə Ərəbistanının kral ailəsinin daha bir nümayəndəsi öldü
17.08.2017, 09:10

Səudiyyə Ərəbistanının kral ailəsinin daha bir nümayəndəsi öldü

Milli Məclisdə Qarabağla bağlı xüsusi iclas KEÇİRİLƏCƏK?
17.08.2017, 09:01

Milli Məclisdə Qarabağla bağlı xüsusi iclas KEÇİRİLƏCƏK?

Gədəbəydə kişi döyüldü, xəstəxanada öldü
17.08.2017, 08:55

Gədəbəydə kişi döyüldü, xəstəxanada öldü

Azərbaycanda zəlzələ oldu 
17.08.2017, 08:53

Azərbaycanda zəlzələ oldu 

Bakıda kafe yandı
17.08.2017, 08:51

Bakıda kafe yandı

Dollar bu gün neçəyə satılır?
17.08.2017, 08:50

Dollar bu gün neçəyə satılır?

İnsanları il ərzində ən az işləyən ölkələr- SİYAHI
17.08.2017, 00:56

İnsanları il ərzində ən az işləyən ölkələr- SİYAHI

Bağlı qapı arxasında qalan 2 azyaşlı xilas edilib
17.08.2017, 00:44

Bağlı qapı arxasında qalan 2 azyaşlı xilas edilib

ABŞ Latın Amerikası ölkələrini Koreya ilə əlaqələri kəsməyə çağırıb
17.08.2017, 00:30

ABŞ Latın Amerikası ölkələrini Koreya ilə əlaqələri kəsməyə çağırıb

Döyüşçü nokautdan sonra öldü - Video
17.08.2017, 00:13

Döyüşçü nokautdan sonra öldü - Video

Azərbaycanlı qadın türk ərini belə qarət etdi  - Video
16.08.2017, 23:56

Azərbaycanlı qadın türk ərini belə qarət etdi  - Video

Türkiyədə hərbçiləri ildırım vurub
16.08.2017, 23:42

Türkiyədə hərbçiləri ildırım vurub

Azərbaycan nefti ucuzlaşıb
16.08.2017, 23:29

Azərbaycan nefti ucuzlaşıb

Batmaq təhlükəsi ilə üzləşən 600 miqrant xilas edilib
16.08.2017, 23:14

Batmaq təhlükəsi ilə üzləşən 600 miqrant xilas edilib

"Kopenhagen"  "Qarabağ"ın kapitanını UEFA-ya şikayət etdi
16.08.2017, 22:57

"Kopenhagen"  "Qarabağ"ın kapitanını UEFA-ya şikayət etdi

Avtomobilini bu işıqlarla bəzəyənlər cərimələnəcək - Video
16.08.2017, 22:41

Avtomobilini bu işıqlarla bəzəyənlər cərimələnəcək - Video

Yevlaxda ağır qəza: ana və qızı yaralandı
16.08.2017, 22:27

Yevlaxda ağır qəza: ana və qızı yaralandı

Saakaşvili Ukraynaya qayıdacağını bəyan etdi: “Hökumət bundan sirk qurmasın”
16.08.2017, 22:13

Saakaşvili Ukraynaya qayıdacağını bəyan etdi: “Hökumət bundan sirk qurmasın”

Rakkada 2500 İŞİD silahlısı var
16.08.2017, 21:55

Rakkada 2500 İŞİD silahlısı var

Gəncədə oğul anasını döyüb
16.08.2017, 21:41

Gəncədə oğul anasını döyüb

İbn Sinanın da istifadə etdiyi KÜNCÜT YAĞININ FAYDALARI
16.08.2017, 21:25

İbn Sinanın da istifadə etdiyi KÜNCÜT YAĞININ FAYDALARI

Türkiyədə yenidən zəlzələ oldu
16.08.2017, 21:09

Türkiyədə yenidən zəlzələ oldu

ABŞ-da hərbi helikopter qəzaya uğradı: 5 itkin
16.08.2017, 20:57

ABŞ-da hərbi helikopter qəzaya uğradı: 5 itkin

“Mən erməni deyiləm” – İndira Qandinin erməni akademikə kəskin etirazı, Brejnevin portret narahatlığı...
16.08.2017, 20:42

“Mən erməni deyiləm” – İndira Qandinin erməni akademikə kəskin etirazı, Brejnevin portret narahatlığı...

Filippində antinarkotik əməliyyatı: 30 ölü
16.08.2017, 20:29

Filippində antinarkotik əməliyyatı: 30 ölü

Bir qrup hərbi qulluqçu aprel şəhidinin ailəsinə baş çəkib - FOTO
16.08.2017, 20:16

Bir qrup hərbi qulluqçu aprel şəhidinin ailəsinə baş çəkib - FOTO

Məktəbli qızlara hicab, oğlanlara cins qadağan edilib   
16.08.2017, 20:02

Məktəbli qızlara hicab, oğlanlara cins qadağan edilib  

Lənkərana yasa gedənlər qəzaya düşüb: 2 ölü
16.08.2017, 19:41

Lənkərana yasa gedənlər qəzaya düşüb: 2 ölü

Azərbaycanda nadir arxeoloji tapıntılar oğurlanıb
16.08.2017, 18:57

Azərbaycanda nadir arxeoloji tapıntılar oğurlanıb

ARXİV
SORĞU
Benzini hansı yanacaqdoldurma məntəqəsindən alırsınız?
Azpetrol-dan(51.8%)
SOCAR-dan(7.22%)
Lukoil-dan(14.4%)
Bunların heç birindən - başqasından(26.5%)