Modern.az

Xəzəryanı ölkələrin dövlət başçıları Astanaya toplaşacaq

Xəzəryanı ölkələrin dövlət başçıları Astanaya toplaşacaq

13 İyul 2016, 21:46

Xəzəryanı ölkələrin dövlət başçılarının görüşü 2017-ci ildə Astanada keçiriləcək. Modern.az saytı xəbər verir ki, bu barədə Qazaxıstanın xarici işlər naziri Yerlan İdrisov bu gün Astanada keçirilən Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşündən sonra mətbuat konfransında bildirib.

 

“Biz bu gün siyasi səviyyədə təsdiq edirik ki, gələn il Astanada keçiriləcək dövlət başçılarının sammitində Konvensiyanın imzalanmasına dair anlaşma var”, - Y.İdrisov deyib.

 

Nazir qeyd edib ki, sammitin dəqiq tarixi daha sonra dəqiqləşdiriləcək.

 

“Bəzi məsələlər hələ də öz həllini tapmayıb. Bu səbəbdən əlavə danışıqlar tələb olunur”, - İdrisov yekunlaşdırıb.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir