Modern.az

Aprel döyüşləri: mətbuatın və ordunun həmrəy zəfəri

Aprel döyüşləri: mətbuatın və ordunun həmrəy zəfəri

12 İyul 2016, 18:30

2016-cı ilin apreli müstəqil Azərbaycanın hərb tarixi üçün çox önəmli hərbi qələbə ilə daxil oldu.

 

Son 22 il ərzində passiv danışıqların predmeti olan işğal altındakı Dağlıq Qarabağ ərazisi bu dəfə aktiv hərbi əməliyyatlar üçün meydan oldu. Aprelin 1-dən 2-nə keçən gecə Ermənistanın cəbhəyanı bölgələri atəşə tutmasına cavab olaraq həyata keçirilən xüsusi əməliyyat zamanı Azərbaycan ordusu düşmənə sarsıdıcı zərbə endirdi və cəbhənin şimal və cənub istiqamətlərində yerləşən bir sıra strateji yüksəklikləri azad etdi. Azad edilən ərazilər arasında keçmiş Ağdərə rayonu ərazisində yerləşən Talış kəndi ətrafındakı strateji yüksəklikləri və Füzuli ilə Cəbrayıl rayonlarında önəmli ərazilərə nəzarətə imkan verən “Lələ Təpə” yüksəkliyi azad edildi. Növbəti günlərdə işğalçı Ermənistan ordusu itirdiyi ərazilərə həmlələr etməsinə baxmayaraq heç bir uğur qazana bilmədi və aprelin 5-də saat 12:00-da Rusiyanın vasitəçilyi ilə tərəflər arasında atəşkəs rejimi qüvvəyə mindi .

 

Apreli ayının döyüşlər gedən həmin 4 günü Azərbaycanın istər hərbi, istər ictimai-siyasi, istərsə də sosial, istərsə də mənəvi həyatında önəmli nəticələrə yol açdı. Üstündən keçən 100 gün ərzində aprel döyüşlərinin analizi bir çox önəmli məqamları, tendensiyaları gözlər önünə sərdi. Bəs bu məqamlar hansılardır?

 

1.Aprel döyüşləri Azərbaycan ordusunun döyüş qabiliyyətinin ən yüksək səviyyədə olduğunu göstərdi.

 

Azərbaycan ordusu təmas xəttində məhdud qüvvələr tətbiq etməklə Ermənistan ordusunun uzun illər möhkəmləndirdiyi 1-ci müdafiə xəttini asanlıqla yardı. Bu zaman ayrı-ayrı qoşun növləri arasında qarşlıqlı əlaqə yüksəsk səviyyədə sinxron edildi və minimal itkilər hesabına başa gəldi. Nəzərə alsaq ki, istər Talış kəndi, istərsə də “Lələ Təpə” istiqamətində döyüşlər çətin dağlıq şəraitdə aparılıb, onda Azərbaycan ordusunun bir gecəyə mühəndis-istehkam baxımından möhkəmləndirilmiş döyüş postlarını ələ keçirməsini oinun yüksək fiziki və taktiki hazırlığının sübutu kimi qəbul edə bilərik. Digər tərəfdən, Azərbaycanın dövlət büdcəsindən hərbi sahəyə ayrılan milyardlarla dollar vəsaitin effektiv xərcləndiyi aydınlaşdı.

 

 

2. Aprel döyüşləri Azərbaycan cəmiyyətində vətənpərvərlik, rus yüksəkliyi və həmrəylik hisslərini qabartdı.

 

Cəbhədə baş verən döyüşlər, gələn şəhid xəbərləri fonunda Azərbaycan xalqı Milli Ordunun ətrafında sıx birləşdi. Şəhidlərin dəfn mərasimlərinin izdihamlı yürüşlərə çevrilməsi, kiçikdən böyüyə qədər hər kəsin əlində Azərbaycan bayrağı “Qarabağ”, “Şəhidlər ölməz, vətən bölünməz” demələri cəmiyyətin yüksək mübarizə əzmini göstərdi və təmas xəttində baş verə biləcək istənilən qəfil toqquşmaya hazır olduğnu sübit etdi. Bu fonda bəzi tələbələrin, təşkilatların, Qarabağ müharibəsi veteranlarının cəbhəyə könüllü yollanmaqla bağlı addımları qələbə inamını daha da möhkəmləndirdi. 1990-cı illərin əvvəllərindən fərqli olaraq, 2016-cı ilin aprel döyüşləri zamanı şəhid xəbərləri cəmiyyətdə ruh düşkünlüyü yarada bilmədi və əksinə, hərbi əməliyyatlar meydanın genişləndirilməsi tələbi ilə əvəzləndi. Azərbaycan xalqının ordusu ilə nümayiş etdirdiyi həmrəylik Ermənistan və onun havadarlarına Qarabağ avantürasının gec-tez iflasa uğrayacağı ilə bağlı daha bir siqnal oldu.

 

 

3.Aprel döyüşlərindəki məğlubiyyət Ermənistanda böyük bədbinliyə yol açdı və status-kvonun əbədi olmayacağını göstərdi.

 

1994-cü ilin mayında atəşkəs imzalandıqdan bəri Ermənistan hakimiyyəti Qarabağ danışıqlarının maksimum uzadılmasına və ətraf 7 rayonunda işğal altında saxlandığı mövcud status-kvonu saxlamağa çalışırdı. İstər Robert Koçaryan, istərsə də Serj Sarkisyan danışıqlar prosesini müxtəlif bəhanələrlə uzatmağa çalışırdı. Azərbaycan prezidenti İlham Əliyev prosesin gedişatını bir neçə cümlədə dolğun əks etdirir.

 

“2014-cü ildə Parisdə Prezident Ollandın təşəbbüsü ilə keçirilmiş çox müsbət danışıqlardan sonra bir həftə keçməmiş Ağdam rayonunda onlar genişmiqyaslı hərbi təlimlər keçirmişdilər. Həmin təxribat zamanı mövqelərimizə qəsdən hücum çəkmişlər ki, biz o helikopteri vuraq və ondan sonra bizi təcavüzkarlıqda ittiham etsinlər, danışıqlar pozulsun və pozuldu da. 2015-ci il danışıqlar prosesi üçün itirilmiş il olmuşdur. Sadəcə olaraq, Minsk qrupu dekabr ayında görüntü naminə İsveçrədə formal görüş keçirmişdi. O görüşdən sonra görünür Ermənistan tərəfi görüb ki, bu proses fəallaşa bilər və aprel ayında növbəti təxribat törətdilər”.

Lakin növbəti təxribatlarından sonra Azərbaycan ordusundan sarsıdıcı zərbə alan Ermənistan rəhbərliyi təmas xəttindəki situasiyanı ictimaiyyətdən gizlədə bilmədi. Ermənistan Müdafiə Nazirliyi itkilərinin 100 nəfərdən ibarət olduğnu bəyan etsə də, yerli müstəqil medianın və Azərbaycan tərəfinin yüzlərlə öldürülümüş hərbçi barədə məlumatı fonunda bu xəbər inandırıc görünmədi. Digər tərəfdən, bütün rəsmi şəxslərin əminedici açıqlamalrına baxmayaraq, Sarkisyan döyüşlərdən 1 ay sonra bir sıra mövqelərini və strateji yüksəklikləri itirdiklərini etiraf etməli oldu. İşğal altındakı Madagis və Talış kəndləri tamailə boşaldıldı və onların sakinləri digər bölgələrə köçürüldü.

 

Azərbaycan ordusunun real qüvvə olduğunu və müharibənin hər an yenidən bərpa olunacağını anlayana Yerevan münaqişədə tutduğu mövqeyi kəskin dəyişməli oldu.

 

4. Dünya gücləri regionda yeni potensial müharibə riskinin olduğnu anladılar və son illər formal xaraket daşıyan vasitəçilik missiyalarını kəskin akvitləşdirdilər.

 

Döyüşlərin başlandığı 2 aprel günündən etibarən Dağlıq Qarabağ dünyanın diqqətini özünə cəmlədi. ATƏT-in Minsak qrupunun münaqişənin nizamlanmasından dolayı məsuliyyət daşıyan həmsədrləri – ABŞ, Rusiya və Fransa dərhal bəyanatlar verməyə, İlham Əliyev və Serj Sarkisyanı danışıqlara dəvət etməyə başladılar. Diplomatik səylər atəşkəsin əldə olunması, mayın 16-da Avstriyanın paytaxtı Vyana və iyunun 20-də Rusiyanın Sankt-Peterburq şəhərlərində Azərbaycan-Erməınistran prezidentlərinin görüşlərinin baş tutmasına yardımçı oldu. Paralel olaraq, Rusiya xarici işlər naziri Sergey Lavrov, ABŞ dövlət karibi Con Kerri və Almaniya xarici işlər naziri, ATƏT-in hazırki sədri Frank Valter-Ştaynmayerin regiona səfərləri, müntəzəm telefon zəngləri və münaqişə tərəfləri ilə keçirdiyi görüşlər münaqişənin həllində final mərhələsinə qədəm qoyulduğunu göstərdi.

 

 

Aprel döyüşləri fonunda döyüşlər həm də informasiya cəbhəsində gedirdi. Azərbaycan mətbuatı ilk gündən etibarən hərbi əməliyyatlar meydanından informasiyalar verməyə başladı. Bölgəyə ezam edilmiş müxbirlər təmas xəttindəki situasiya, düşmənin artileriya hücumuna məruz qalmış yaşayış məntəqələrindən reportajlar verir, toqquşmaların miqyası barədə sadə vətəndaşlarda müəyyən təsəvvür formalaşdırırdı. Eyni zamanda, hərbi dövrə xas olan yoxlanılmamış informasiyalar, dezinformasiyalar və mənbəyi məlum olmayan şişirdilmiş məlumatlar Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı rəsmi məlumatlarla əvəz olundu.

 

Halbuki, ötən illərdə təmas xəttində müşahidə edilən dövri hərbi gərginliklər zamanı Azərbaycan mediasının müəyyən hissəsi informasiya müharibəsi şəraitində eksklüziv və senasion xəbər arxasınca qaçaraq tələsik toplanmış, dəqiqliyi yoxlanılmamış xəbərlər verməyə çalışmışdı. Belə şişirdilmiş xəbərlər və məlumatlar qısa müddət üçün auditoriyanın diqqətini qazansa da, sonradan rəsmi orqanlar tərəfidən təkzib olunmaqla, cəmiyyətdə yerli mediyaya qarşı müəyyən inamsızlıq sindromu formalaşdırmış və informasiya müharibəsində düşmənin təbliğat maşını üçün “kozır” rolunu oynamış, ümumi iş uğrunda mübarizədə faydalı olmamışdı.

 

Bu mənada, aprelin 2-də hərbi əməliyyatların ilk günündə Mətbuat Şurasının və Müdafiə Nazirliyinin yerli KİV nümayəndələrinə müraciəti və yalınz rəsmi informasiyalarla yola çıxaraq cəbhədən məlumat verməsi ehtimal oluna biləcək xaotik durumun qarşısını almış və mətbuatın nizamlı, hərbi zamanın qaydalarına uyğun formada ictimaiyyəti məlumatlandırmasına xidmət etmişdi.

 

 

Ümumilkdə, 2016-cı ilin 2-5 aprel döyüşlərini 1994-cü ildə Bişkekdə imzalanan atəşkəs razılaşmasından sonra Dağlıq Qarabağ münaqişəsinin tarixində son 22 ildə baş verən ən önəmli hadisə kimi dəyənləndirmək lazımdır.

 

Vüqar İsmayılov

 

p.s. Azərbaycan  Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən  “Sosial mediada etik normalar və milli-mənəvi dəyərlərin qorunmasında medianın rolunun artırılması” layihəsi çərçivəsində dərc olunur. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir