Modern.az

AZAL dünyanın ən yaxşı 70-ci aviaşirkətidir

AZAL dünyanın ən yaxşı 70-ci aviaşirkətidir

13 İyul 2016, 22:52

«Azərbaycan Hava Yolları» aviaşirkəti dünyanın ən yaxşı 100 aviaşirkəti sırasında yer alıb. Modern.az saytı Virtualaz.org-a istinadən xəbər verir ki, aviaşirkətlərin və hava limanlarının göstərdiyi xidmətlərin keyfiyyətinin öyrənilməsində ixtisaslaşmış «Skytrax» konsaltinq şirkətindən verilən məlumata əsasən, «TOP-100»də AZAL 70-ci yerdədir.

Reytinqdə ilk yeri «Emirates» aviaşirkəti tutub. İlk üçlüyə həmçinin «Qatar Airways» və «Singapore Airlines» daxildirlər.

 

«Türkiyə Hava Yolları» dünyanın ən yaxşı aviaşirkətləri arasında 7-cidir.

 

Rusiya şirkətləri arasında ən yaxşı göstərici «Aeroflot»dadır — 40-cı yer. «TOP-100»də digər postsovet ölkələrinin nümayəndələri yoxdur.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?