Modern.az

“Real” artıq dünyanın ən bahalı klubu deyil

“Real” artıq dünyanın ən bahalı klubu deyil

14 İyul 2016, 00:33

Milli futbol liqasının klubu “Dallas Kovbeyz” Madridin “Real”ını keçərək dünyanın ən bahalı komandası olub. Modern.az xarici mediaya istinadən bildrir ki, “Forbes”in versiyasına görə, onun dəyəri 4 milyard dollardır.

İkinci sırada 3,65 milyard dollarla “Real”dır. Üçüncü sıradakı “Barselona”nın dəyəri 3,55 milyard dollardır.

Onluğa “Nyu-York Yankiz” (ABŞ, beysbol klubu, 3,4 milyard dollar), “Mançester Yunayted” (İngiltərə, futbol, 3,32 milyard), “Nyu-İnqlend Petriot” (ABŞ, futbol, 3,2 milyard), “Nyu-York Niks” (ABŞ, basketbol, 3 milyard), “Vaşinqton Redskins” (ABŞ, futbol, 2,85 milyard), “Nyu-York Cayents” (ABŞ, futbol, 2,8 milyard), “Los-Anceles Leykers” (ABŞ, basketbol, 2,7 milyard), “San-Frasisko Forti Nayners” (ABŞ, futbol, 2,7 milyard).

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir