Modern.az

İlham Əliyevin Poroşenko ilə təkbətək görüşü keçirildi – YENİLƏNİB

 İlham Əliyevin Poroşenko ilə təkbətək görüşü keçirildi – YENİLƏNİB

14 İyul 2016, 10:58

 

Azərbaycanda rəsmi səfərdə olan Ukrayna Prezidenti Pyotr Poroşenkonun iyulun 14-də rəsmi qarşılanma mərasimi olub.

 

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Ukrayna Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verdi.

 

Azərbaycan Prezidenti İlham Əliyev Ukrayna Prezidenti Pyotr Poroşenkonu qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Ukrayna Prezidentinə raport verdi.

Ukraynanın və Azərbaycan Respublikasının dövlət himnləri səsləndi.

Prezident İlham Əliyev və Prezident Pyotr Poroşenko fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

 

Ukrayna Prezidenti Azərbaycan əsgərlərini salamladı.

Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələri Prezident Pyotr Poroşenkoya, Ukraynanın nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu.

 

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçdi.

Azərbaycan və Ukrayna prezidentləri rəsmi foto çəkdirdilər.

*** 

Rəsmi qarşılanma mərasimi başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Ukrayna Prezidenti Petro Poroşenkonun təkbətək görüşü olub.

Görüşdə Ukrayna Prezidenti Petro Poroşenkonun Azərbaycana ilk rəsmi səfərinin önəmi vurğulandı.

 

Qeyd olundu ki, Azərbaycan-Ukrayna əlaqələrinin böyük tarixi var və xalqlarımız arasında daim dostluq münasibətləri hökm sürüb. İkitərəfli münasibətlərin siyasi, iqtisadi, energetika, nəqliyyat və humanitar sahələrdə perspektivləri müzakirə olundu.

Söhbət zamanı ölkələrimiz arasında qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı