Modern.az

Azərbaycan mətbuatının tanınmış xadimləri - II YAZI

Azərbaycan mətbuatının tanınmış xadimləri - II YAZI

14 İyul 2016, 12:23

Nəsiman Yaqublu,
Tarix elmləri doktoru


Azərbaycan mətbuatı 141

 ( M.B.Məmmədzadə, Ə.Cəfəroğlu, Ə.F.Düdənginski)

 

2016-cı ilin iyulun 22-də Azərbaycan mətbuatının yaranmasının 141 ili tamam olur. Mətbuatımızın tarixi haqqında çox bilgilərimiz olsa da onun mövcud olduğu mühacirət dövrü haqqında məlumatımız yetərincə deyil. Əsasən sovet rejiminə qarşı mübarızə aparmış bu mətbuat orqanlarımızın milli mədəniyyətimizin, tariximizin və kültürümüzün yaşadılmasında böyük xidmətləri vardır. Təbiidir ki, bu mətbuatımızı yaşadan, dəyərli yazıları ilə çıxışlar edən tanınmış ziyalılarımız da vardı ki, onları yaxından tanımaq bizim borcumuzdur. Bu problemin mövcudluğunu nəzərə alıb onların bəzilərini oxuculara təqdim edirəm.

 

Mirzə Bala Məmmədzadə
(1898 -1959)

 

Azərbaycan milli istiqlal hərəkatının görkəmli xadimlərindən biri də Mirzə Bala Məmmədzadədir. Publisist, yazıçı, tarixçi kimi tanınan M. B. Məmmədzadə 1898-ci ildə Bakının  Zirə kəndində  anadan olmuşdur.

O, 7-ci “rus-tatar” məktəbini (1908-1914), Alekseyev adına 3-cü Ali ibtidai məktəbi bitirdikdən sonra təhsilini Bakı Texniki  Sənaye məktəbində davam etdirmişdir.

M. B. Məmmədzadə yaradıcılığa təhsil illərində başlamış, 1912-ci ildə onun “Kaspi” mətbəəsində “Nəfi-elm və yaxud elmin sonu” adlı kitab çap olunmuşdur. 1915-ci ildə M. Ə. Rəsulzadənin nəşr etdirdiyi “Açıq söz” qəzetinə ara-sıra məqalələr yazan M. B. Məmmədzadə  sonradan həmin qəzetin işində fəal iştirak etmişdir. Eyni zamanda o, “Bəsirət” jurnalında da baş redaktor işləmişdir. Fevral inqilabından (1917) sonra, açıq siyasi fəaliyyətə qoşulmuş, “Müsavat” partiyası sıralarına daxil olmuşdur.

1918-ci ilin faciəli mart hadisələrindən sonra bir müddət Tiflisdə yaşamış, burada “İttifaqi-mütəəllimin” təşkilatını yaratmışdır. 1918-ci ildə O.“İki inqilab arasında” adlı kitabçasını də çap etdirir. Kitabçada 1905-1917-ci illər arasında Azərbaycanda olan mətbuat, maarif, ədəbiyyat, teatr, din və qadın məsələləri tarixinə nəzər salınır, Azərbaycan tarixini saxtalaşdıranlara tutarlı cavablar verilir.

1918-1920-ci illərdə o, Azərbaycan Parlamentində stenoqrafçı işləmişdir. Azərbaycan Cümhuriyyətinin süqutundan sonra M. B. Məmmədzadə 1923-cü ilə qədər “İstiqlal” qəzetini gizli olaraq nəşr etmişdir. 1922-ci ildə Bakıda onun “Azərbaycan Türk mətbuatı” adlı kitabı nəşr olunmuşdur. 1923-cü ildə M. B. Məmmədzadə məsləkdaşları ilə birlikdə həbs edilir. Sonralar təsadüf nəticəsində həbsdən azad olunur.

1924-cü ilin mayında M. B. Məmmədzadə İranın Ənzəli şəhərinə gedərək oradakı mühacirlərin fəaliyyətinə başçılıq edir. M. B. Məmmədzadə  1927-ci ildə İstanbula köçmüş, elə həmin il İstanbulda onun “Azərbaycan misaqi millisi: 28 Mayıs İstiqlal Bəyannaməsinin təhlili”, “Ermənilər və İran” kitabları çap olunmuşdur. M. Ə. Rəsulzadənin redaktorluğu ilə çıxan “Yeni Qafqasya”, “Azəri Türk” (1928-1931) və “Odlu Yurd” (1929-1931) jurnallarında çalışan ədib həmçinin İstanbul Universitetinin hüquq fakultəsində təhsil almışdır.

Sovet hökumətinin tələbi ilə Azərbaycan mühacirlərinin rəhbərliyi Türkiyədən çıxdıqda (1931-ci il) M. B. Məmmədzadə də Varşavaya  köçməli olmuşdur.

Bu dövrlərdə onun Berlində M. Ə. Rəsulzadənin redaktorluğu ilə nəşr olunan “İstiqlal” (1932-1934) qəzetində və “Qurtuluş” (1934-1938) jurnalında Azərbaycanın İstiqlal probleminə aid çoxlu sayda  məqaləsi çap olunmuşdur. 1938-ci ildə Berlində “Qurtuluş” jurnalının mətbəəsində M. B. Məmmədzadənin  “Milli Azərbaycan hərəkatı” adlı tarixi  kitabı nəşr edilmişdir.

İkinci Dünya müharibəsinin başlanması və Polşanın Almaniya tərəfindən işğalı ilə əlaqədar yenidən İstanbula köçən M. B. Məmmədzadənin  “Milliyyət” və “Cümhuriyyət” qəzetlərində, “Türk ensiklopediyası”nda, “İslam ensiklopediyası”nda və digər nəşrlərdə Azərbaycan tarixinə dair çoxlu məqaləsi dərc edilmişdir.

1949-cu ildə M. B. Məmmədzadənin yaxından iştirakı ilə Ankarada “Azərbaycan Kültür Dərnəyi”nin əsası qoyulmuş, 1951-ci ildə  isə onun “Azərbaycan tarixində türk Albaniya” adlı əsəri oxuculara çatdırılıb. 1952-ci ildən Ankarada onun “Azərbaycan” jurnalında  Azərbaycan tarixi ilə bağlı çoxsaylı məqalələri işıq üzü görmüşdür.

O, 1954-cü ildən Münhendəki SSRİ-ni Öyrənmə İnstitutu”nda çalışmış, burada iki il elmi şuranın sədri, iki il isə sədr müavini vəzifəsini icra etmişdir (86, 245).

M.B.Məmmədzadənin yaradıcılıq irsi olduqca zəngindir. Təxmini hesablamalara görə, onun araşdırmalarının ümumi sayı iki mindən çoxdur. Ədib yazılarını Mirzə Bala, Əli Kutluq, Nuh oğlu, Azəri, M. B. Daşdəmir, Ə. Kut və s. imzalarla, bəzi məqalələrini isə imzasız dərc etmişdir.

O, 1959-cu il mart ayının 8-də İstanbulda vəfat etmişdir.

Aşağıdakı kitabları nəşr edilib:

 1. “Azərbaycan Misaki Millisi”. Milli Azərbaycan Nəşriyyatı. N 5. İstanbul. “Nəcmi İstiqlal” mətbəəsi. 1927. 54 səh.

M. B. Məmmədzadə bu əsərdə, 28 May İstiqlal bəyannaməsinin təhlilini verməyə çalışmışdır. Burada Azərbaycandan başlayaraq, xüsusilə 1918 və 1920-ci illər arasında baş verən hadisələr haqqında məlumatlar vermişdir. Bu tarixi girişdən sonra  müəllif Azərbaycan Misaki Millisini maddələlə təhlil etmişdir.

2. “Ermənilər və İran”. Milli Azərbaycan Nəşriyyatı. N 6 İstanbul. “Nəcmi İstiqlal” mətbəəsi. 1927. 40 səhifə.

Səkkiz hissədən ibarət olan bu əsərdə Birinci Dünya müharibəsinin sonunda, erməni milliyyətçilərinin xüsusilə İranda fəaliyyətə başlamaları, o dövrün hadisələrinin İran qəzetlərində əks etdirilməsi Pan-İranizm ilə Böyük Ermənistan xəyalının gerçəkləşdirməsi ilə bağlı məqamlar açıqlanmışdır.

3. ”Milli Azərbaycan hərəkatı”. 1938 –ci ildə Berlində çap edilmişdir.XX əsrin əvvəllərində və sonradan mühacirətdə Azərbaycan xalqının apardığı istiqlal mücadiləsi haqqında çox dəyərli bir kitabdır.


 Əhməd Cəfəroğlu
(1899-1975)

 

Qeyd edək ki, “Azərbaycan Yurd Bilgisi”  jurnalının Mühacirət mətbuatı tariximizdə başlıca əhəmiyyəti türk mədəniyyəti tarixini və dəyərlərini elmi əsaslarla oxuculara çatdırmasında olmuşdur.  “Azərbaycan Yurd Bilgisi” jurnalının yaranmasında və fəaliyyətində Əhməd Cəfəroğlunun xüsusi xidmətləri olub.

Əhməd Cəfəroğlu 1899-cu il aprelin 17-də Azərbaycanın qədim şəhərlərindən biri olan Gəncədə  anadan olmuşdur. 1905-ci ildə ermənilər Gəncədə milli toqquşma törətdikləri zaman  Səmərqəndə - qohumu Hacı Mirtağının yanına gedir və 1909-cu ilə qədər orada yaşayır. Ailəsi 1910-cu ildə Gəncəyə qayıtdıqdan sonra o, təhsilini Gəncə gimnaziyasında davam etdirmiş, 1916-cı ildə gimnaziyanı başa vuraraq Kiyev Ali Ticarət İnstitutunun İqtisad fakultəsinə daxil olmuşdu.

1918-ci il mayın 28-də Tiflisdə Azərbaycanın İstiqlal Bəyannaməsinin elanından sonra Gəncəyə köçən hökuməti qarşılayanlardan biri də o,olmuşdu. 1918-ci il sentyabrın 15-də Bakının daşnak və bolşevik tör-töküntülərindən azad olunmasında Ə. Cəfəroğlu da iştirak etmişdi. Sonradan isə o, Bakı Dövlət Universitetində təhsilini davam etdirmişdi. 1920-ci il aprelin 27-də Azərbaycanın XI Qızıl Ordu tərəfindən işğalından sonra o, Azərbaycanı tərk etdi və ali təhsilini İstanbul Universitetinin ədəbiyyat fakultəsində başa vurdu.

1925-ci ilin sonunda o, dünya türkologiyasının mərkəzlərindən biri kimi tanınan Almaniyaya yollanır. Burada Berlin, sonra isə Breslau Universitetində mükəmməl türkoloji təhsil alır.

1929-cu ildə Ə. Cəfəroğlu Breslau Universitetində “Gəncə dialektində 75 Azərbaycan bayatı türküsü. Bir dil araşdırması ilə” adlı dissertasiya müdafiə etmiş və filologiya doktoru alimlik dərəcəsinə layiq görülmüşdür.

1929-cu ildə o, Avropadan Türkiyəyə qayıtmış və İstanbul Universitetinin türkologiya şöbəsinin türk dili tarixi kursuna dosent təyin edilmişdir. 1938-ci ildə professorluq vəzifəsinə yüksəlmişdir. O, Şərq dillərindən başqa rus, alman, fransız və italyan dillərini də bilirdi. O, 30-cu illərdə 10-dan çox kitab və kitabça yazıb, türk və alman dillərində nəşr etdirmişdir. 1932-ci ildən başlayaraq Ə. Cəfəroğlunun redaktorluğu ilə “Azərbaycan yurd bilgisi” dərgisi nəşr olunmağa başladı.

Professor  Ə. Cəfəroğlu 50-ci illərdə türk dilində iki kitab: “Azərbaycan dili və ədəbiyyatının dönüm nöqtələri” (Ankara, 1953) və “Türk Dili Tarixi” (Ankara, 1958) və müxtəlif dillərdə 50-dən çox elmi və elmi-publisistik məqalələr də yazıb həm Türkiyədə, həm də xarici ölkələrdə çap etdirmişdir.

1960-1970-ci illərdə Ə. Cəfəroğlu “Uyğurlarda hüquq və maliyyə terminləri” (1960), “Türk dili tarixi” (2-ci cild, 1964), “Əsgi Uyğur Türkcəsi” sözlüyü” (1968), “Kaşkarlı Mahmud” (1970) və “Türk xalqları” (1969) kimi elmi əsərlərini də nəşr etdirmişdir.

Əhməd Cəfəroğlu 1975-ci il yanvarın 6-da vəfat etmiş, İstanbulun Zincirlik qəbirstanlığında dəfn edilmişdir.

Qeyd edilməlidir ki, Ə. Cəfəroğlunun qələmindən çıxmış 30-dan çox kitab və kitabçanın 7-si, 400-ə qədər olan məqalələrin isə 100-dən çoxu Azərbaycana aiddir.

  
Əbdürrəhman  Fə­tə­li­bəy­li-Dü­dən­gins­ki
(1908 -1954)

 

1953-­cü ilin mar­tın­dan «Qur­tu­luş»(“Azadlıq”) ra­dio­su­nun Azər­bay­can re­dak­si­ya­sı fəa­liy­yə­tə baş­la­dı. «A­zər­bay­can» re­dak­si­ya­sı­nın ilk Baş re­dak­to­ru ma­yor Əbdürrəhman  Fə­tə­li­bəy­li (Dü­dən­gins­ki) ol­du.

«A­zad­lıq» ra­dio­su fəa­liy­yə­tə baş­la­dı­ğı ilk gün­dən Ə. Fə­tə­li­bəy­li so­vet hö­ku­mə­ti si­ya­sə­ti əley­hi­nə olan ve­ri­liş­lər ha­zır­la­yır­dı. 1953-­cü ilin iyu­nun­da efir­də səs­lə­nən «Tür­ki­yə haq­qın­da hə­qi­qət» ve­ri­li­şin­də de­yir­di: «Da­nı­şır Azad­lıq ra­dios­tan­si­ya­sı. Əziz həm­və­tən­lər! Siz öz azad həm­və­tən­lə­ri­ni­zin azad dün­ya­dan sə­si­ni eşi­dir­si­niz. In­di isə So­vet im­pe­ria­liz­mi se­ri­ya­sın­dan «Tür­ki­yə haq­qın­da hə­qi­qət» möv­zu­sun­da ve­ri­li­şi­mi­zə qu­laq asın. Ikin­ci Dün­ya mü­ha­ri­bə­sin­dən son­ra So­vet It­ti­fa­qı­nın Tür­ki­yə­ni «sülh­lə fəth» et­mək cəh­di bo­şa çıx­dı. Tür­ki­yə Krem­lin bü­tün hə­ya­sız tə­ləb­lə­ri­ni rədd edib SS­RI-­nin bas­qı­sı­na qar­şı da­ya­na bil­di və bu­nun­la azad­lı­ğın və de­mok­ra­ti­ya­nın qo­run­ma­sı üçün azad dün­ya­ya bö­yük xid­mət gös­tər­di. Bun­dan son­ra Kreml gö­rün­mə­yən an­ti­türk kam­pa­ni­ya­sı­na baş­la­dı. Son za­man­lar­da SS­RI-­də an­ti­türk kam­pa­ni­ya­sı adi so­vet vic­dan­sız­lı­ğın­dan da kə­na­ra çıx­mış­dır.» Ə. Fə­tə­li­bəy­li ve­ri­li­şin so­nu­nu bu söz­lər­lə bi­ti­rir­di: «La­kin, bu hiy­lə­gər ya­naş­ma­lar əbəs­dir. De­mok­ra­ti­ya bir ha­kim ola­raq kom­mu­nizm və so­vet im­pe­ria­liz­mi­ni ölü­mə məh­kum et­miş­dir. Bü­tün dün­ya­nın azad xalq­la­rı so­vet­lə­rin əzi­lən xalq­la­rı ilə bir­gə bu hök­mü ye­ri­nə ye­ti­rə­cək və va­hid azad dün­ya ya­ra­dı­la­caq­dır».

­Ə. Fə­tə­li­bəy­li­nin «A­zad­lıq» ra­dio­sun­da müəl­lif­li­yi və re­dak­tor­lu­ğu ilə 1953-­cü ilin iyu­nun 29-­da efi­rə ge­dən «Son xə­bər­lə­rin» 109 say­lı bül­le­te­nin­də So­vet döv­lə­ti­nin və Krem­lin möv­qe­yi kəs­kin ola­raq tən­qid edi­lir­di: Va­şinq­ton­da Ame­ri­ka se­na­tı­nın xa­ri­ci iş­lər üz­rə ko­mis­si­ya­sı­nın səd­ri Alek­sandr Uay­li Ame­ri­ka xal­qı­na və bu döv­lə­tin müt­tə­fiq­lə­ri­nə mü­ra­ciət et­miş­di. O, mü­ra­ciə­tin­də bil­dir­miş­di: «Ba­rış­dı­rı­cı­lıq si­ya­sə­ti da­yan­dı­rıl­ma­lı­dır. Ber­li­nin so­vet böl­mə­sin­də­ki üs­yan, Çe­xos­lo­va­ki­ya­da, Pol­şa­da və di­gər öl­kə­lər­də­ki ha­di­sə­lər Kreml hökm­dar­la­rı­nın məş­hur ol­ma­dı­ğı­nı sü­but et­di. Azad Qərb dün­ya­sı qə­ti şə­kil­də So­vet hö­ku­mə­tin­dən tə­ca­vüz­kar si­ya­sə­tin­dən əl çək­mə­yi tə­ləb et­mə­li­dir».

­So­vet­lə­rin tə­si­rin­də olan Al­man Va­hid So­sia­list Par­ti­ya­sı­nın möv­qe­yi­nin sar­sıl­dı­ğı­nı Ə. Fə­tə­li­bəy­li be­lə təq­dim edir­di: «Şərq böl­gə­sin­dən alı­nan xə­bər­lə­rə gö­rə zəh­mət­keş­lər küt­lə­vi şə­kil­də Va­hid Al­man So­sia­list Par­ti­ya­sın­dan çıx­maq haq­qın­da əri­zə­lər ve­rir­lər. Par­ti­ya­nın Mər­kə­zi Ko­mi­tə­si yer­li təş­ki­lat­la­ra hə­min əri­zə­lə­rə bax­ma­maq tap­şı­rı­ğı ver­miş­dir».

­Əbdürrəhman Fətəlibəyli(Düdənginski) 1908-ci ildə Azərbaycanda Naxçıvanın Şərur rayonunun  Düdəngə kəndində anadan olub.

Ə. Fətəlibəyli gənc yaşlarından əsgər getmiş, Azərbaycan diviziyasında xidmət etmişdir. 30-cu illərdə o, Moskvada Hərbi Akademiyada təhsil almış, Leninqradda  (indiki Sankt-Peterburq) hərbi xidmətdə olmuşdur. 1939-cu ildə Ə. Fətəlibəyli  Finlandiya müharibəsində iştirak etmiş və “Qırmızı ulduz” ordeni ilə təltif edilmişdir. 1940-cı ildə sovet qoşunları Pribaltikanı işğal edərkən  Leninqraddan Riqada yerləşən hərbi qərargaha göndərirlər. Burada isə o, döyüşlərin birində əsir düşərək almanlar tərəfə keçir. Almaniyada həbs düşərgəsində olarkən Azərbaycan legionunun təşkilində və Milli Azərbaycan Qurultayının keçirilməsində fəallıq göstərir, çoxlu sayda əsirləri ölümdən qurtarır. İkinci Dünya müharibəsindən sonra İtaliyada, Misirdə olur Türkiyəyə gedir, nəhayət Almaniyada “Azadlıq” radiosunun Azərbaycan redaksiyasına başçılıq edir.

“Azadlıq” radiosu fəaliyyətə başladığı ilk gündən Ə. Fətəlibəyli sovet hökuməti əleyhinə  verilişlər hazırlayırdı.

Ə.Fətəlibəylinin “Azadlıq” radiosunda müəllifliyi və redaktorluğu ilə efirə gedən verilişlərdə sovet dövlətinin və Kremlin  mövqeyi kəskin olaraq tənqid edilirdi.

Ə. Fətəlibəyli 1951-ci ildə Münhendə ABŞ dövlətinin dəstəyi ilə Azərbaycan və rus dillərində “Azərbaycan” jurnalını nəşr etdirir. Qeyd edək ki mühacir və legionerlərin 50-ci illərdəki bu fəallığı Sovet dövlətini ciddi narahat etməyə başladı. Sovet dövləti məhz  həmin dövrdə öz məxfi idarəsinə kommunist ideoligiyasına qarşı kəskin mübarizə aparanları sıradan çıxarmaq tapşırığını verdi.  

1954-cü ilin noyabrın 20-də “Azadlıq” radiosunun “Azərbaycan” redaksiyasının baş redaktoru Ə. Fətəlibəyli Münhenin “Alpenplate-6” meydanındakı bir mənzildə qətlə yetirildi.

Qeyd edək ki, mayor Ə. Fətəlibəylinin qətli ilə bağlı Almaniyada nəşr edilən  “Abendzeytunq”, “Der stern” və “Kuik” qəzetlərində geniş məlumatlar verildi. Törədilmiş qətlin səbəbi açıqlandıqda bütün Almaniya, eləcə də qərb ictimaiyyəti sifarişli bir ölümün baş verdiyini anladılar.

Ə.Fətəlibəyli  Münhen yaxınlığında Noy-Ulm şəhərindəki qəbirstanlıqda qardaşı Seyfullanın məzarı yanında dəfn edildi.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir