Modern.az

5 yaşlı uşaqlar üçün yeni təhsil PROQRAMI

5 yaşlı uşaqlar üçün yeni təhsil PROQRAMI

14 İyul 2016, 18:01

“Növbəti tədris ilindən başlayaraq Azərbaycanın orta məktəblərində 5 yaşlı uşaqlar üçün məktəbə hazırlıq qrupları fəaliyyətə başlayacaq”.

 

Modern.az-ın  xəbərinə görə, bunu Təhsil Nazirliyinin Məktəbəqədər və ümumtəhsil şöbəsinin müdiri Aydın Əhmədov deyib.

 

Şöbə müdiri bildirib ki, Nazirlər Kabinetinin “Uşaqların məktəbə hazırlığının təşkili məsələləri haqqında” qərarında nəzərdə tutulduğu kimi, bu proses müəyyən mərhələlərlə həyata keçiriləcək:

 

“Qərar ilkin mərhələdə 2011-ci ildə doğulan və hazırda 5 yaşı olan uşaqlara şamil olunacaq. İlk mərhələdə qrupların hansı məktəblərdə təşkil olunacağı, hansı müəllimlərin dərs keçəcəyi müəyyənləşdirilib. Suallardan biri ondan ibarətdir ki, bu məktəbəqədər müəssisələr məktəbəhazırlıq qruplarına təsir edəcəkmi? Qətiyyən etməyəcək və proses paralel olaraq gedəcək.

 

Məktəbəqədər qruplar bütün uşaqları əhatə etmək iqtidarında deyildi. Amma hökumətin qərarı ilə artıq məktəblərdə dövlət büdcəsinin vəsaiti hesabına təşkil ediləcək məktəbəhazırlıq qruplar şagirdlərin əhatə dairəsinin genişlənməsinə şərait yaradacaq.

 

Bütün ölkəni əhatə edəcək bu qruplar Azərbaycan və rus bölməsində olacaq”-deyə Aydın Əhmədov bildirib.

 

Ağa AKİFOĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?