Modern.az

Kənan Məmmədov: “"Metro Gallery" kinomuz üçün əla piardır” - FOTOLAR

Kənan Məmmədov: “"Metro Gallery" kinomuz üçün əla piardır” - FOTOLAR

15 İyul 2016, 12:18

Bakı metrosunun “Gənclik” stansiyasının keçidlərində Azərbaycan kino tarixində özünəməxsusluğu ilə seçilən filmlərdən ibarət fotoların nümayişi keçirilir. "Metro Gallery" adlı layihə "Bakı Metropoliteni" QSC, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Dövlət Film Fondunun dəstəyi ilə reallaşıb.

“Bakı  Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Modern.az saytına deyib ki, sərgidə ümumilikdə 92 əsər nümayiş olunur:

“Onlardan 57-si filmlərdən kadrlar, qalanı isə kadrarxasında olan fotolardır. Layihə metropolitenin təklifi ilə Lenovo şirkətinin sponsorluğu ilə reallaşdırılıb. Sərgi “Gənclik” stansiyasnın hər iki keçidində 6 ay müddətində nümayiş olunacaq. Avqustun 2-də Azərbaycanda kino günüdür. Həmin vaxta qədər də sərgi davam edəcək”.

Sərnişinlərin, ictimaiyyət nümayəndlərinin marağına səbəb olan sərgidə “Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov, Həmkarlar İttifaqı Komitəsinin sədri Arif Mərdanov, Xidmət şöbəsinin rəisi Lala Babayeva, həmçinin Dövlət Film Fondunun əməkdaşları, o cümlədən tanınmış rejissorlar, operator Kənan Məmmədov, həmçinin aktyor Şamil Süleymanov iştirak edib.

Tanınmış kinooperator K.Məmmədov saytımıza açıqlamasında sərgini çox yüksək qiymətləndirib:

“Bu çox təqdirəlayiq tədbirdir. Bu layihəni gerçəkləşdirənlərə, xüsusilə metropolitenin rəhbərliyinə dərin təşəkkürmü bildirirəm”.

Operator “Gənclik” stansiyasının sərgi nümayiş edilən keçidində məşhur “Təhminə” filminin bəzi kadrlarını lentə aldığını deyib:

“Fəxrəddin Manfovla olan kadr məhz burda çəkilmişdi. Düşünürəm ki, insanların sıx olduğu bir yerdə filmlərimizdən kadrların nümayişi sevindiricidir. Bu özü kinonun piarıdır”.

 

Gülşən RAUFQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
Ermənistanı etirazlar bürüdü - Qırıcılar havaya qaldırıldı