Modern.az

Sirus Təbrizlinin qızı: “Atam sağ olsaydı, mətbuatda çıxış etməyimizi istəməzdi”

Sirus Təbrizlinin qızı: “Atam sağ olsaydı, mətbuatda çıxış etməyimizi istəməzdi”

15 İyul 2016, 12:35

“Atam sağlığında diqqət mərkəzində olmağımızı istəməyib. Bu gün də mətbuata çıxıb nəsə barədə danışmaq fikrim yoxdur”.

Bunu Modern.az-a açıqlamasında mərhum publisist-yazar, hakim Yeni Azərbaycan Partiyasının (YAP) qurucularından biri Sirus Təbrizlinin qızı Arzu Təbrizli deyib. Mərhum Sirus Təbrizlinin ailəsinin hal-hazırda nə işlə məşğul olması barədə bilmək istədiklərimizə gəlincə, Arzu Təbrizli ona ünvanlanan suallara cavab verməkdən imtina edib.

“Düşünürəm ki, bizim ailədə nə işlə məşğul olmağımız hər kəs üçün maraqlı hadisə deyil. Bunlar şəxsi məsələlərdir. Atam sağ olsaydı, mətbuatda bu formada çıxış etməyimizi istəməzdi”.

Qeyd edək ki, Sirus Təbrizli iki dəfə Milli Məclisin deputatı seçilib. 2013-cü ilin sentyabrında 71 yaşında dünyasını dəyişib.

 

Namidə BİNGÖL

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır