Modern.az

Deputat onlara verilən 3 min manatdan DANIŞDI: “Burada qeyri-adi nə var?!”

Deputat onlara verilən 3 min manatdan DANIŞDI: “Burada qeyri-adi nə var?!”

Parlament

15 İyul 2016, 15:45

Azərbaycan Milli Məclisinin deputatları iyulun 15-dən etibarən tətilə buraxılıb. Qanunverici orqanın üzvləri avqustun 30-dək istirahətdə olacaqlar.

Deputatların tətilə getməsilə sosial şəbəkələrdə onlara verilən müavinətin məbləği müzakirəyə çıxarılıb.  Bəziləri hətta parlament üzvlərinə verilən müavinətin miqdarını səhv hesablayaraq, bunun 6 min manat olduğunu qeyd etməklə heyrətlərini gizlətməyiblər.

Xatırladaq ki, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanununa əsasən, deputatlara məzuniyyətdə olduqları zaman müalicə olunmaları və istirahət etmələri üçün iki aylıq vəzifə maaşı məbləğində müavinət ödənilir.

Qanunun bu tələbi nəzərə alındırda, Milli Məclisin sədri 4500, komitə sədrləri 3600 manat, Milli Məclis sədrinin müavini 3825 manat, sədrin birinci müavini 4050 manat, sıravi deputatlar isə 3150 manat müavinət alırlar.

Məsələ ilə bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Modern.az saytına deyib ki, bu müavinəti ilk dəfə deyil ki, alırlar:

“Bütün vətəndaşlar kimi bizə də tətilə çıxarkən məzuniyyət pulu verilir. Burda şişirdiləsi nəsə olduğunu düşünmürəm. Söhbət iki aylıq maaşın əvəzinə verilən məzuniyyət pulundam gedir”.

 

Gülşən RAUFQIZI

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi