Modern.az

Türkiyədə dövlət çevrilişi etmək istəyənlərin bütün təşkilatçıları həbs olundu

Türkiyədə dövlət çevrilişi etmək istəyənlərin bütün təşkilatçıları həbs olundu

16 İyul 2016, 14:26

Türkiyədə hərbi çevriliş etmək istəyənlərin bütün təşkilatçıları həbs olunub.

 

Modern.az saytının Türkiyə mediasına istinadən məlumatına görə, bunu baş naziri Binali Yıldırım deyib.

 

Qeyd edək ki, ötən gecə Türkiyədə hərbi çevrilişə cəhd olub. Hərbçilər Atatürk hava limanını və dövlət televiziyasının binasını ələ keçiriblər.

Hadisə nəticəsində ümumilikdə 265 nəfər həlak olub. Onlardan 161 nəfəri hərbi çevrilişə cəhdin qarşısı alınarkən həlak olub, ölənlərdən 104-ü isə qiyamçı hərbçidir, 1500-dən çox yaralı var.

 

Hərbi çevrilişə cəhdə görə saxlanılanların sayı 2839 nəfərə çatıb. Türkiyədə hakimiyyətə təslim olan hərbçilərin sayının isə 700 nəfər olduğu bildirilir.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?