Modern.az

Kabus dolu gecə!  

Kabus dolu gecə!  

16 İyul 2016, 18:57

Məhsəti Şərif

 

Hər şey çox yeni. Düşüncələr qarışıq. Qaranlıq gecədə olanları sıralamağa çalışıram. Kabus dolu gecə. Atəş səsləri gəlir. Yaşadığın binanın üzərində savaş uçakları manevr edir, roketlər atılır, kobra helikopterindən atəşlər saçır. Bir anda qorxu, həyacanın və camilərdən durmadan oxunan əzana və dışarı gəl çağrışına qarışır. Bu vahimə dolu gecədə bir tərəfdən olayı tam anlamağa çalışırsan, bir tərəfdən can güvənliyin dərdindəsən. Sokağa çağrıldın, amma ora da təhlükəsiz deyil...Yataqda darbənin nə oldugunu anlamayan, silah və bomba səslərini duyan arada gözünü açıb anasını yanına çağıran masum körpənin baxışı və mışıl mışıl yatışı...Onlar böyük amcalarının oyun oynadığını sanar...Oyunmu???


...Bir tərəfdə vətənini, dövlətini, vətəndaşını qorumağa görəvli türk polisi, bir tərəfdə 20 yaşında gənc məhmətçik. Dağlarda teroristlə döyüşən şəhit olan türk əsgəri...Onlarda əmr verən oyunquranların "oyuncağı". Olayların fərqinə varmadan əmrə tabe məhmətçik. qarşısındakı  dağlarda onlara dəstək olan türk polisi! İki qardaş, iki can! Kim kimə sıxdı silahı? Qardaş qardaşa! Əmr verənlər bu qanın vəbalin daşıyacaqlar! Nə oldu? Əsgər döyüldü, başı kəsidi! Kim etdi bunu? Bir əsgərin başını kəsən türk ola bilməz! Əsgəri döyən türk ola bilməz! Polis əsgərə sarılıb, olay yerindən götürərkən kimə düşərdi məhmətçiyə əl qaldırsın? Çox aydın deyilmi? Türk düşmanlarına! Fürsətçi ara qarışdıranlara! Əsgərin dağda öldürdüyü terorist yaxınına! Əsgəri vəhşicəsinə döyməklə şərəfli türk polisinin humanizminə kölgə salmaq istəyənlərə! Türkiyə dövləti bunu da araşdıracaq və çox keçməz fürsətçilərin məqsədlərin ifşa edəcək. Olaylar çox yenidir və insanların içində öfkə, həyacan, qorxu. Hər bir söz yanlış anlaşılır və iki qardaş belə anlaşa bilmir. Mən savaşda böyümüş biriyəm, oddan alovdan qorxmaram! Odu, alovu bir dəfə yaşadım. Amma üstümə gələn düşmən bombasından qorxmadım. Düşməndən gələn ölüm şərəf, qardaşdan gələn ölüm rəzalətdi. Dünən qardaşdan gələn atəş səslərindən hürkdüm. Amma Türkiyə sağdan-soldan üzərinə uzanan əllərdən qorxmadı! Dağlarda PKK-la, sərhəddə İŞİD-lə savaşdı! Yıxılmadı! Ayaqda durdu, dünənki qaranlıq gecədən də aydın sabaha çıxdı! Bütün darbələr qəbuledilməzdi! Hakimiyyəti sevməyə bilərsən, amma bunu qutuda bildirsən! Tanklarda, uçaklarda deyil! 164 can şəhit oldu...


Məhəlləmizdə cam önündə söhbət edən uşaqlar10-12 yaşında..."düşmən əsgərlər bomba atırdı, bu gerçək darbə deyil, yoxsa dışarıda olamazsın" deyirlər. Bir şeyləri müzakirə edirlər. Bu uşaqlara bu utancverici tarixi yaşadanlar tarix qarşısında cavab verəcəklər!  


Başımın içində min bir fikir var, nə yazacağımı şaşırmış durumdayam..Amma həyacanımı, yaşadıqlarımı anlamanızı istəyirəm. Gecə mən evim üzərinə bomba düşdü sandım və iki övladımı qorumaq üçün onların üzərinə uzandım..Bu acını yaşadanlara alqışlayımmı?  Amma təməli möhkəm olan dövlətin necə bir olub ayaqda durduğunu da gördüm! Düşüncələrim çox qarışıq...Ardını yazacam. Soyuq və sakit başla!

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı