Modern.az

700 bal toplayan məzun - O, Bakı Türk Liseyinin 13-cü rekordçusu oldu

700 bal toplayan məzun - O, Bakı Türk Liseyinin 13-cü rekordçusu oldu

17 İyul 2016, 19:21

I və IV ixtisas qruplarının abituriyentləri (cari ilin məzunları ) üçün keçirilən qəbul imtahanlarının nəticələri bu gün elan edildiyində məlum oldu ki, 6 nəfər ən yüksək nailiyyətə imza atıb.

I ixtisas qrupu üzrə 3 oğlan abituriyent (Xırdalan şəhər 5 saylı orta məktəbin, “Ankara Məktəbi” məktəb-liseyinin, BDU-nun nəzdindəki Bakı Türk liseyinin məzunları) , IV ixtisas qrupu üzrə isə 2 oğlan, 1 qız olmaqla ümumilikdə 3 abituriyent (İsmayıllı rayonu 5 saylı şəhər orta məktəbin, Şəmkir rayonu Çinarlı qəsəbə 2 saylı orta məktəbin, Qazax rayonu Canallı kənd orta məktəbinin məzunları) ona təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə - 700 bal toplayıb.

Modern.az saytı Bakı Türk Liseyinin 700 bal toplamış məzununun kimliyini dəqiqləşdirib.

Məlum olub ki, bu, əslən Zəngilan rayonundan olan Tural Ağayevdir. Turalın anası evdar qadın, atası fəhlədir. Tural Ağayev Bakı Türk Liseyinin indiyədək 700 bal toplayan 13-cü məzunudur.

Bakı Türk Liseyinin müdiri Kadir Bektaşoğlu saytımıza bildirib ki, təhsil müəssisəsini bu il bitirən 90 məzun I-IV qruplarda imtahan verib.

“Bunlardan 45 nəfəri (50 %) 600-dən çox bal toplayıb. I ixtisas qrupu üzrə məzunumuz Tural Ağayev 700 bal toplayaraq ölkə birincisi oldu. Bundan öncə, 2009-2015-ci illərdə 12 məzunumuz 700 bal toplamışdı.
II-III qruplar üzrə məzunlarımızdan da yüksək nəticələr gözləyirik”,-deyə Bakı Türk Liseyinin müdiri bildirib.


Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi