Modern.az

"İncirlik" hərbi bazası İŞİD-ə qarşı fəaliyyətini bərpa edib

"İncirlik" hərbi bazası İŞİD-ə qarşı fəaliyyətini bərpa edib

17 İyul 2016, 20:16

Türkiyənin cənubunda yerləşən "İncirlik" hərbi bazası yenidən fəaliyyətini bərpa edib. Modern.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə İdarəsinin mətbuat katibi məlumat yayıb.

Peter Kuk verdiyi bəyanatda bildirib ki, Türkiyə hava məkanını ABŞ üçün yenidən açıb və İŞİD-lə mübarizə qaldığı yerdən davam edir.

Qeyd edək ki, "İncirlik" hərbi bazasının komandanlığı dövlət çevrilişinə cəhddə iştirak itihamı ilə həbs edilib.

Hərbi Hava Qüvvələri bazasının komandanlığı Adana vilayətinin cənub hissəsində saxlanılıb. Məlumatda bildirlir ki, hərbi bazanın rəhbəri ilə yanaşı, daha 10 yüksək rütbəli zabit saxlanılıb.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi