Modern.az

TSQ Baş Qərargahı hərbi çevriliş cəhdinə münasibət bildirdi

TSQ Baş Qərargahı hərbi çevriliş cəhdinə münasibət bildirdi

17 İyul 2016, 20:30

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı hərbi çevriliş cəhdinə münasibət bildirib.Modern.az xəbər verirki bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının saytı məlumat yayib. Məlumatda qeyd edilib ki, Türkiyə Silahlı Qüvvələrinin qəhrəman mənsublarının mütləq əksəriyyətinin anında verdiyi təpki və  qəhrəman polis əməkdaşlarının qətiyyəti nəticəsində iyulun 15-də axşam saatlarında Türkiyə Silahlı Qüvvələrində özünə yuva tapan qeyri-qanuni təşkilat üzvləri olan xainlərin fəaliyyətlərinin qarşısı alınıb .

 

Açıqlamada vurğulanıb ki, xainlər məqsədlərinə çatmadan zərərsizləşdirilib: “Çevriliş cəhdi başladıqdan sonra olaydan xəbərdar olan qədirbilən xalqımız Türkiyə Silahlı Qüvvələrinin əsl övladlarını qorumaq və demokratik hüquq sistemimizə vurulacaq zərbəni əngəlləmək məqsədi ilə küçələrə çıxıb. Xalqımız bu xainlərə gözəl və ən böyük dərsi verib. Xain cəhdin qarşısının alınmasında ən böyük rol böyük millətimizindir. Qeyri-qanuni təşkilat mənsubu olan xainlər artıq zərərsizləşdirilib və hüquq sistemi çərçivəsində ən ağır cəza ilə cəzalandırılacaqlar”.

Modern.az

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır