Modern.az

700 bal toplayan abituriyent seçəcəyi ixtisasın adını AÇIQLADI

700 bal toplayan abituriyent seçəcəyi ixtisasın adını AÇIQLADI

18 İyul 2016, 11:16

 “Mən orta məktəbdə oxuduğum zaman müəllimlər deyirdilər ki, 700 bal toplmalısan. Sınaqlarda heç vaxt 700 bal toplamamışdım.  Qəbulda isə qismət oldu və topladım”.

 

Bu sözləri Modern.az-a açıqlamsında İsmayıllı rayon 5 saylı orta məktəbin məzunu, IV ixtisas qrupu üzrə qəbul imtahanlarında 700 bal toplayan Ağalətif Lətifov deyib.

O bildirib ki, hazırlıq illərində öz hazırlaşdığı qrupun fənlərinə daha çox üstünlük verirmiş:

 

“Hazırlıq illərində öz fənlərimə daha çox üstünlük verirdim. İmtahanın sonlarına yaxın isə daha az istirahət edirdim.

Həm də əvvəldən  IV ixtisas qrupunun fənlərini yaxşı oxuyurdum”.

Ağalətif  Lətifov söyləyib ki, Tibb Universitetinin bitirərək uşaq həkimi, pediatr olmaq istəyir:

 

“Ətrafımda, dostlardan ailədən və məktəbdən müəllimlərdən dəstək gəlirdi. Azərbaycan Tibb Universiteti Müalicə işi fakültəsini seçəcəyəm. Uşaq həkimi, pediatr olmaq istəyirəm. Tibb Universitetini bitirdikdən sonra xaricdə təhsilimi davam etdirə bilərəm”.

O, 700 bal toplamaq istəyən gələcək abituriyentlərə də məsləhət verib:

“Təkcə 10-11-ci sinifləri yaxşı oxumaqla nəyəsə nail olmaq olmaz. Gərək bütün siniflərdə yaxşı oxuyasan”.

 

Qeyd edək ki, iyunun 15-də keçirilən imtahanda I ixtisas qrupu üzrə 3 oğlan abituriyent (Xırdalan şəhər 5 saylı orta məktəbin, “Ankara Məktəbi” məktəb-liseyinin, BDU-nun nəzdindəki Bakı Türk liseyinin məzunları) , IV ixtisas qrupu üzrə isə 2 oğlan, 1 qız olmaqla ümumilikdə 3 abituriyent (İsmayıllı rayonu 5 saylı şəhər orta məktəbin, Şəmkir rayonu Çinarlı qəsəbə 2 saylı orta məktəbin, Qazax rayonu Canallı kənd orta məktəbinin məzunları) ona təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə - 700 bal toplayıb.

 

Ağa AKİFOĞLU

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub