Modern.az

700 bal toplayan köçkün: “Kanadada oxumaq istəyirəm”

700 bal toplayan köçkün: “Kanadada oxumaq istəyirəm”

18 İyul 2016, 11:48

“Mənim əvvəldən məqsədim və hədəfim 700 bal idi. Müəllimlərim də bunu məndən gözləyirdilər”.

 

Bu sözləri Modern.az-a açıqlamasında Zəngilan rayonundan olan, Bakı Türk Liseyinin məzunu, qəbul imtahanlarında 700 bal toplayan Tural Ağayev deyib.

O bildirib ki, təhsilini başa vurduğu liseydə 13-cü 700 bal toplayan oldu.

 

Tural Ağayev ailəsinin Zəngilan rayonundan məcburi köçkün olduğunu  söyləyib:

 

“Bizim Bakı Türk Liseyi indiyə qədər 12 nəfər 700 bal toplayan məzun verib. 13-cü də mən oldum. Atam və anam Zəngilan rayonundan məcburi köçkündürlər. Mən köçkünlükdən sonra Bakıda doğulmuşam.

Hazırlaşdığım illərdə mənə dostlarımdan, ailəmdən və müəllimlərimdən dəstək gəlirdi. Bakı Türk Liseyinin mənə verdiyi təhsil sayəsində bu gün 700 bala nail ola bildim”.

Tural təyyarə mühəndisliyi fakültəsini seçmək istəyir:

“Mexanika və təyyarə mühəndisliyi fakültəsini seçmək istəyirəm. Bunu həm müəllimlərim və həm də valideynlərim də məsləhət görür. Bu gün Azərbaycanda təyyarə mühəndisliyinə daha çox ehtiyac var”.

Tural Ağayev təhsilini xaricdə almaq istəyir:

 

“Bakalavr təhsilimi Türkiyədə, magistr və doktorantura təhsilimi isə Britaniya və Kanadada almaq istəyirəm. Çünki bu ölkələrdə mexanika və təyyarə mühəndisliyi daha çox inkişaf edib”.

Tural Ağayev abituriyentlərə məsləhət də verib:

 

“Abituriyentlərə məsləhətim odur ki, heç vaxt ruhdan düşməsinlər. Amma gərək hazırlaşdıqları zaman sistemli və davamlı hazırlaşsınlar”.

 

Ağa AKİFOĞLU

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir