Modern.az

"NUR" beynəlxalq fondun mükafatını alıb

"NUR"  beynəlxalq fondun mükafatını alıb

28 Oktyabr 2009, 13:36

"NUR" Uşaq və Gənclər İctimai Birliyinin nümayəndələri 17-27 oktyabr aralığında MTV Staying Alive Fondunun dəvəti ilə London şəhərində rəsmi səfərdə olublar. Bu barədə Modern.az-a təşkilatın nümayəndəsi Fidan Kərimli məlumat verib.

Londonda

NUR"un nümayəndələri

MTV Staying Alive Fodunun idarə heyətinin üzvləri və icraçı direktoru Georgia Arnold, Tələbələrin Beynəlxalq Əməkdaşlıq (Students Partnership Worldwide) Təşkilatının İdarə Heyətinin üzvləri ilə görüşüblər, MTV telekanalının London ofisini ziyarət ediblər. 

Bu il "NUR" Uşaq və Gənclər İctimai Birliyi növbəti dəfə AİDS-in önlənməsi istiqamətində fövqəladə xidmətlərinə görə Staying Alive mükafatına layiq görülüb və bu ödül təşkilatın nümayəndələrinə təqdim olunub.

"NUR" Uşaq və Gənclərin İctimai Birliyi Staying Alive Fondu ilə əməkdaşlıq şəraitində 2009-2012-ci illər ərzində "Uşaqların Göy Qurşağı: HİV/AİDS Maarifləndirməsi Paytaxtdan Regionlara" adlı layihə həyata keçirəcək.  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir