Modern.az

Kabus dolu gecənin sabahı...

Kabus dolu gecənin sabahı...

18 İyul 2016, 15:46

Məhsəti ŞƏRİF

İzləyirəm hər kəs emosionaldı... Həm Türkiyədə həm də Azərbaycanda. Bir tərəf Ərdoğançı (bu ifadənin əlehinəyəm), digər tərəf antiƏrdogan (qəbul etmədiyim ifadədir). Qarşı qarşıya atışırlar, dostluqlar bitir, hardasa sağçı-solçuya bölünüblər.

Mən onların heç birindən deyiləm. Sadə bir vətəndaş! Türkiyənin var olmasını, yıxılmamasını istəyən, hüzurlu yaşam olmasını təmənna edən biriyəm. Mən xalqını sevən polisin də yanındayam, əsgərin də. Aldadılaraq xalqının üzərinə çıxarılan əsgərini də savunıram, xalqını qorumaq üçün canını sipər edən polisini də. Mən xalqa atəş açan əsgəri də qınayıram, bibər qazı sıxan polisi də. İş kimçi olmaqda deyil, iş ədalətli olmaqdadır. 

Mən darbəyə yox deyirəm, xain planı quran, xalqın sılahını xalqa döndərən generalı, albayı, subayı qınayıram. Ədalətin onlara layiqli cəza verməsini istəyirəm. Dövətə belə zərbə vurulmaz, dövlətin agır günlərində, terrorla mücadilə etdiyi bir zamanda içində terror edilməz. Amma türk əsgərinin çılpaq şəkildə dünya mediasında boy-boy rəsmlərini də görmək istəmirəm. Türk əsgərinin imicini qıranları da qınayıram. Türk əsgərinə qalxan o kəmərin də bir gün bogazlara dolanacağını bilirəm.

Adil olmaga çalışıram. O gecənin qorxusunu, həyacanını yaşayan biri kimi bunları yazmağa haqqım var. Mən üzərində raketlər uçuşan savaş uçağının öz ölkəsinə bombalar atdığı, vətəndaşın üzərinə yeriyən tanklı Türkiyə görmək istəmirəm. Amma bu olaylarda qurunun  oduna yanan yaşları da görməkdən həzz almıram! Mən nə sağçıyam, nə solçu, nə də hansısa partiyalı. Həm meydanlarda olan xalqın yanındayam, həm də qorxaraq "abi məni çəkmə annem görüyor" deyən əsgərin.

Kim mənim ədalətimi yargılaya bilər? Adil olmaq lazımdı bəylər və xanımıar. Kor-koranə bir tərəfə qulaq yumub, göz bağlayıb ittiham etmək olmaz.  Bu ölkə bölünməməli, xain əlinə düşməməlidir! Dövlətə kim zərər vurusa, qanun qarşısında cavab verməlidir! Dövlətdən çalan yarğılanmalı, ayaqda tutan baş tacı olmalıdır. Mən darbə-filan anlamam, həyatımda heç darbə aşamadım. Bu ilkdi! Və son olsun! 

...Türk xalqı hər zaman məhmətçiyinə sahib çıxmış, dağda terrorla mücadilə edən, şəhid olan əsgərinə...Heç bir xain plan əzəmətli türk ordusunu yıxa bilməz. 

...Türkiyədə indiki durum nədi? Gərgin və qarışıq. Bir tərəfdən darbə planı hazırlayan generallar, subaylar həbs olunur. Bir tərəfdən hakim və savcılar. Başqa bir qolda da valilər işdən çıxarılır. Bütün bu olanlar bir nöqtədə birləşəcək.Türkiyənin önündə agır bir sürəc var. Türk hökuməti yanlış etmədən qərar verməli, incə ələyib, sıx toxumalıdır. Məsələn, xalq edam deyə bagırır, baş nazir “xalqın istəyi əmrimizdir” deyir və təmkinli davranmalı gərəkdiyini bildirir. Çünkü ortada böyük Türk dövləti var, demokrasi üçün savaşan bir dövlətin belə bir qərar verəcəyinə də inanmıram.

...Ortalıqda həm də fürsətçillər qaynayır. Ölkənin imicinə xələl vurmaq üçün əsl məqam tapan fürsətçillər var. Zərbə ehtimalı aradan qalxıb, sular duruldukdan sonra gecənin qazını almış “Trabzonspor”lu bir idarəçi ictimai mediada “çevrilişçilərdən 2-si əsgərlərin yoldaşlarının millətin qəniməti” olduğunu yazır. "Yoldaşları" deyilir, "qənimət" deyilir. Bir dənə şüursuzun sözü olsa da, qorxulu tendensiyadır. Yolda mövqeyinə görə insanlara saldıran, geyim tərzinə görə döyülən, təhqir olunan insanlar... Bunları gözümlə gördüklərimdən və başıma gələn olaydan yola çıxıb yazıram. O üzdən indi hər kəs diqqətli olmalı, bilgı kirliliyinin qarışıq olduğu zamanda hər xəbərə inanmamalı, hər xəbər üçün küçədə öz yolunu gedən birinə saldırılmamalıdır. Bu cür lazımsız qarışıqlıq yaratmaq ölkənin zərərinədir. 

Demokratiya adına sevinərkən, linç mədəniyyətinin yaşıllaşmasından qorxuram.  Linç mədəniyyətinin olduğu yerdə başlayan proses öldürməyə qədər gedər. Bu ən sadəsindən fərdi silahlanma, o da daha çox qan, daha çox ölüm deməkdir. "Millət olma” şüurunun bərkiməsinə sevinənlər arasında, "cəmiyyət olma"  şüurunun əriməsindən narahat oluram.

... Həssas olaq. Bu olaylardan sizdən, bizdən çox canı yanan 208 şəhid ailəsi var. O şəhidlərin qanının hesabı sorulmalıdır. Kimdir günahkar???  Onu zamanla öyrənəcəyik!!! Tarixə qalmadan! Məhkəmə qararlarını gözləyək.  İndi ölkədə tansiyon cox yüksəkdi, həm olayların tansiyonu, həm də FETOnun...

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir